Insan Resursları üzrə Mütəxəssis

  • Inteks MMC
  • Elanın qoyulma tarixi: 22.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Insan Resursları üzrə Mütəxəssis

İşin təsviri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilmə, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin  işlənilməsi, sosial sığorta kartlarının açmasının təmin edilməsi
- İşçilərin şəxsi işlərin formalaşdırılması;
- Əmək kitabçaların qeydiyyatın aparılması;
- İşçilərin iş vaxtlarına nəzarət, Məzuniyyət qrafikinə uyğun işçilərin məzuniyyətlərin rəsmiləşdırmək;
-  İşçilərin tibbi müayinələrinə (vaxtında və tam)  nəzarət etmək;
- Kadrlara olan tələbatını təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- Xarici işçilərin müvəqqəti qeydiyyatı üçün  sənədlərin toplanması, qeydiyyatı və digər prosedurları (bilet, yerləşmə, icazə alınması və s.) həyata keçirtmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
-  Kadrlarla bağlı məşğulluq və digər orqanlarına müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayyət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək
- Ştat cədvəllərin tərtib edilməsi və mütəmadi dəyişikliklərin edilməsi;
- İnsan Resurlarıilə bağlı rəhbərliyin digər tapşırıqları

Namizədə tələblər:

- Ali təhsil
- 2 il sahə üzrə iş təcrübəsi
- 30 yaşa qədər
- 1C proqramını baza səviyyədə bilməli
- Excel proqramında işləmə bacarığı
- Rus və ingilis dilləri üstünlük olacaqdır.

Şirkət təklif edir:

- Karyera yüksəlişi imkanları
- Özünü inkişaf etdirmək imkanı

CV-nizi [email protected] ünvanına məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını qeyd edib göndərməniz xahiş olunur. CV-də şəklin olması vacibdir.

Inteks MMC tərəfindən digər vakansiyalar