Biznes Analitik (proqram təminatı layihələri üçün)

  • CyberNet
  • Elanın qoyulma tarixi: 20.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Biznes Analitik (proqram təminatı layihələri üçün)

Vəzifə öhdəlikləri:

• Layihə qabağı yoxlamaların aparılması, Sifarişçinin təmsilçiləri ilə analitik müsahibələrin aparılması və işlənib hazırlanan proqram təminatına dair Sifarişçinin tələblərinin müəyyən edilməsi, təhlili, sənədləşdirilməsi (texniki tapşırıq, və s.) və hazırlanmış sənədlərin müştəri ilə razılaşdırılması
• Məhsulun hazırlanması üçün əvvəlcədən tərtib olunan sənədlər əsasında müştərinin biznes proseslərinin proqramçılara və testçilərə izah edilməsi
• Hazır məhsuala dair təqdimat sənədlərin hazırlanması və təqdimatların keçirilməsi
• Tender çərçivəsində texniki sənədlərin hazırlanması, texniki tələblərin yazılması

Əsas tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• (!) İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 2 il iş təcrubəsi, və ya proqramçı kimi ən azı 5 il iş təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri yüksək səviyyədə, Ingilis dili texniki sənədləri oxumaq və yazmaq səviyyəsində
• Texniki sənədlərin hazırlanması bacarığı
• Proqram təminatının işlənməsinə sərf olunan resursların dəyərləndirmə metodları bilikləri
• Analitik düşüncə tərzi, müxtəlif insanlarla əlaqə və ünsiyyət qurma bacarığı

İş şərtləri və şəraiti:

• Rəqabətli əmək haqqı
• İş qrafiki: 5gün/8 saat iş rejimi (iş saatları 9:00 - 18:00)
• Sosial paket: mobil danışıqların ödənişi

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Biznes analitik” mövzusu altında [email protected] elekton ünvanına göndərə bilərlər