Mağaza inzibatçısı (Bakı və Lənkəran mağazaları)

İşin təsviri

"Optimal Elektronika" MMC  mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının iki mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Optimal Elektronika " Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

"Optimal Elektronika"MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Mağaza inzibatçısı (Bakı və Lənkəran mağazaları)

Tələblər:

• Mağazanın idarə edilməsi sahəsində azı 3 il iş təcrübəsi
• Komandanın idarə edilməsi təcrübəsi
• Satış sahəsinə dair nəzəri və praktik biliklər
• Satışın Planlanması və Planın icrasına dair təcrübə
• Azərbaycan dilini mükəmmək bilməli ( Rus dili biliyi əlavə üstünlükdür)

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Həftədə 6 iş günü, 1 gün istirahət
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnzibatçı”  və müraciət etdiyiniz regionu qeyd edərək [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi