Satış Supervayzeri

  • Universal PRO MMC
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 07.11.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Universal Pro” MMC tikinti materialları sektorunda 8 ildir fəaliyyət göstərrir və xaricdə  istehsal olunub Azərbaycana idxal olunan tikinti materialları,  həmçinin neft-qaz sənayesi üçün avadanlıqların satışı ilə məşğuldur.
2010-cu ilin may ayından bizim şirkət dünyanın bir neçə  tanınmış şirkətlərinin rəsmi nümayəndəsi olaraq Azərbaycanda fəaliyyət göstərir.

Satış Supervayzeri

İş barədə məlumat:

- Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi
- Satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Nominal və ağırlıqlı distribusiya hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə çatma üçün lazımi işlərin təşkili
- Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması
- Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi
- Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq
- Mütəmadi olaraq müştəri ziyarətləri etmək
- Satış şərtlərinin və güzəştlərinin düzgün icrasına nəzarət
- Tabeçiliyindəki personallardan sahə üzrə satış proqnozlarının əldə olunması, proqnozların analizi  və rəhbərliyə ötürülməsi

Namizədə tələblər

- Ali təhsil
- Azərbaycan, Rus və İngilis dili əla səviyyədə (yazılı və ünsiyyət)
- Səriştəlik tələbləri: Liderlik, əməkdaşlıq, məhsul biliyi, prezentasiya, ünsiyyət, analitik düşünmə, problem həlletmə, komanda işi, yaradıcılıq, prioritetləşdirmə, nəticəyə fokuslanma, yerində öyrənmə, dəyişikliyə açıqlıq
- 5 ildən az olmayaraq iş təcrübəsi
- Yaş həddi  25-40
- Ms.Office proqramları bilikləri

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində “Supervayzer” qeyd etməklə  [email protected] -mail ünvanına göndərmələri xahiş olunur.