Vəzifə: Kassir Məsləhətçi
İşəgötürən: Entrée Azərbaycan MMC (Entrée fransız restoranlar şəbəkəsi)
Tələblər:
- Yaş həddi 18-28 yaş aralığı
- Təcrübə: 1 ilə qədər
- Hesablama qaydaları bilməlidir.
- Ünsiyyətcil, etibarlı, məsuliyyətli, müştərilərə qarşı gülərüz və nəzakətli, səliqəli xarici görünüşlü olmalıdır.
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməlidir.
- Rus dili və İngilis dili biliyi vacibdir
Əsas vəzifə və öhdəliklər
- Kassa maşınlarının sazlığına nəzarət və onlardan düzgün istifadə etmək.
- Müştərilərə xidmət göstərilməsi, sifarişlərin qəbul olunması, keyfiyyətinin yoxlanılması.
- Alışın dəyərinin hesablanması, pulun alınması, çekin vurulması, pulun qalığının qaytarılması, çekin ödənilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində məlumat verilməsi, onlara xidmət edilməsi yeni malların və əlaqəli çeşiddə malların təklif olunması.
- Malların xarici görünüşlərinin nəzərdən keçirilməsi, sortlara ayrılması, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi.
- Restoran daxili vitrinlərdə və satışda olan mallar haqqında məlumat vasitələrinin tərtibatı, onların vəziyyətinə nəzarət edilməsi.
- Müştərilətin rəyləri haqqında məlumatların öyrənilməsi, onların ümumiləşdirilməsi təklif və iradlarını dinləyib rəhbərlərinə məlumat vermək. Satılmayan malların rəflərdən gündəlik yığılması.
- Müəyyən olunmuş resepturaya və texnologiyaya əsasən müxtəlif çay növlərinin, kakao və qəhvə hazırlanması.
İş şəraiti:
İş qrafiki növbəlidir:
birinci növbə 07:00-15:00
ikinci növbə: 15:00-23:00
Nahar şirkət hesabınadır.
Xahiş edirik, maraq göstərən şəxslər öz CV-lərini "mövzu" yerinə “Kassir Məsləhətçi" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.