Çörəkçi

İşin təsviri

Vakansiya üzrə tələb bəy namizədlərədir.

Vəzifə: Çörəkçi (Entree Azərbaycan MMC)
İş yeri: Azərbaycan, Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 220 (28 May filialı)
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili
Yaş həddi: 18-40

İşin Təsviri: Fransız reseptləri əsasında çörəklərin bişirilməsi.

Vəzifə öhdəlikləri:

- Fransız reseptlərinə əsasən çörəklər bişirmək;
- Gün ərzində gərəkli olan bütün ərzaqları öncədən bildirmək;
- İstifadə olunacaq inqrediyentlərin təmizliyinə və yüksək keyfiyyətdə olmasına nəzarət etmək;
- Sifarişləri vaxtında yerinə yetirmək.

Tələblər:

- Ərzaqların saxlama müddətlərini və şərtlərini bilməli;
- Hazırlanmış məhsulların düzgün saxlanma qaydalarını bilməli;
- İşgüzar ünsiyyət və peşə etiketi qaydalarına əməl etməli;
- İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;
- Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etməli.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki:

1-ci növbə: 07:00-15:00
2-ci növbə: 08:00-16:00
3-cü növbə: 13:00-21:00

Həftədə 1 dəfə gecə növbəsi: saat 01:00-dan 08:00-a kimi (yol xərci qarşılanır)

Əlaqə nömrəsi: 055 505 91 51

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Çörəkçi-Entree” yazıb göndərməklə müraciət edilir.