Norm Sement zavodu
Norm MMC Bakının Qaradağ rayonunda Norm Sement zavodunu istismara vermişdir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.
Hazırda şirkətimizə Satış üzrə inzibati işlər Köməkçisi tələb olunur.
Əsas vəzifə və öhdəliklər:
• Satışın idarə olunması departamentinə ümumi inzibati dəstək vermək;
• Müştəri bazasının yaradılması, doldurulması və yenilənməsi;
• Kommersiya Departamentinin arxivinin yenilənmiş və strukturlu şəkildə saxlanılması
• Satış müqavilələrinin və digər əlaqədar sənədlərin hazırlanması;
• Logistika sənədlərinin hazırlanması
• Müştəri istəklərinin izlənilməsi və müştərilərdən gələn tələblərin düzgün yönləndirilməsi
• Müştərilərlə mütəmadi olaraq ünsiyyət saxlanılması
• Rəhbərin göstərişi ilə işlə bağlı digər tapşırıqlar
Tələblər:
• Ali iqtisadi təhsil
• İngilis dili və rus dili
• Ofis proqramları ilə işləmək bacarığı
• Sürücülük vəsiqəsi
Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 08/11/2016