Vakansiyanın adı: Aqronom (Kürdəmir rayonu)
İş haqqında məlumat:
Əkiləcək bitkilərin veqetasiya inkişafi dövründə suvarma diaqramını müəyyən etmək və diaqrama uygun həyata keçirmək;
Ərazidə olan alaq otlarına, xəstəlik və zərər vericilərə qarşı kimyavi mübarizə aparmaq
Bitkilərin normativə uygun seyrəldilməsini təşkil etmək;
Veqetasiya suvarmaların vaxt və normasını təyin etmək;
Müşahidə olunacaq zərər vericiləri və xəstəlikləri təyin etmək;
Kimyavi mübarizələrin aparılma vaxtı və istifadə olunan işçi məhlulun miqdarını təyin etmək;
Ərazilərdə şum, reyper, mala, səpin, kultivasiya və suvarmaların aparılmasını təşkil etmək;
Bitkilərin əkinində Aqro texniki tədbirlərin keyfiyətli aparımasını təmin etmək;
Məhsul toplanmasında verilən normaya uygun məhsul göndərilməsini təmin etmək.
Namizədə aid tələblər:
Kənd təşərrüfatı üzrə ali təhsil almış olmalı;
Aqronom kimi ən azı 1 illik təcrübəyə sahib olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini 20.11.2016-ci il tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Aqronom”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.