Marketinq üzrə direktor

  • VMF
  • Elanın qoyulma tarixi: 20.09.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


Vəzifə: Marketinq üzrə direktor
İş yeri: Bakı
Yaş: 27-40
İş qrafiki: 6 günlük
Əmək haqqı: 800-1100 AZN

Tələblər:


• Ali təhsil
• İxtisas üzrə satış sahəsində 3 ildən çox iş təcrübəsi
• Kompüter və internetdən sərbəst istifadə etmə bacarığı
• Rus və İngilis dillərini mükəmməl bilən
• Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq
Vəzifələr:
• Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək;fəaliyyət növünü və istiqamətini tövsiyyə etmək; direktivləri tətbiq etmək.
• Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək. Təşviqat kampaniyasını istiqamətləndirmək.
• Xüsusi müştəri xidmətləri proqramını təşkil və inkişaf etdirərək müştərilərlə əlaqəni təmin etmək. Konvensiyalarda, illik toplantılarda, ticarət assosiasiyalarında və seminarlarda şirkətin iştirakını təmin etmək.
• Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq.
• İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırki və gələcək məhsullara təsir göstəmək.
• Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istfadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək.
• Marketinq məlumatlarını əldə edərək tərtib etməklə təhqiqat bazasını təmin etmək.
• İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək.
• İşçilərin planlaşdırılması və təyin olunması ilə marketinq departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək.
• İşə götürmə, seçim etmə, istiqamətləndirmə və təlimatlandırmaqla marketinqdə işçi qüvvəsini təmin etmək.
• Məlumat, təsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək.
• Təhsil yarmarkalarında iştirak etməklə professional və texniki biliklərini təkminləşdirmək; professional dərcləri nəzərdən keçirmək; şəxsi əlaqələrin yaradılması.
• Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək.
- Aktiv şəkildə müştəri axtarmaq, yeni əlaqələrin qurulması
- Potensial müştərilər barədə məlumat toplamaq
- Rəhbərliyə həftəlik, aylıq  hesabatların verilməsi
- Gündəlik tapşırıqların yerinə yetirilməsi
- Bazarın real və potensial alıcılarının tələbatının ödənilməsinə yönəlmiş araşdırmaların aparılması
- Araşdırmaların aparılması üçün iş planlarının və proqramlarının hazırlanması

MÜRACİƏT:
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Marketinq üzrə Direktor” qeyd edərək
[email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız qeyd ulunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi