Satış Meneceri

  • Mint Group
  • Elanın qoyulma tarixi: 31.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MİNT Group MMC

Satış Meneceri

İş barədə məlumat

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Satışın düzgün şəkildə həyata keçirilməsi, satılmış mal və məhsulların dəyərinə uyğun məbləğin və müqavilələrin vaxtında və itkisiz müəssisəyə təhvil verilməsi
- Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
- Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımi məsləhətlərin verilməsi
- Qarşıya qoyulan hədəfləri və satış planını yerinə yetirmək
- Avtomobil, telefon nömrəsi və balans şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı 600-700 AZN və satışdan bonus.
- İş qrafiki: 09:00 - 18:00;
- İstirahət günü - Bazar günü;

Namizədə tələblər

- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili ( Əla), Rus dili ( Yaxşı), İngilis Dili (orta)
- İş təcrübəsi: 3-5 il
- Mc. Office proqramlarını yaxşı şəkildə bilmək
- Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Müştərilərə malı təqdim etmək bacarığı
- Satış işinin qurulması bacarığı
- Məsuliyyət,dinamiklik
- Şəxsi geyim və xarici görünüşünün şirkətin imicinə xələl gətirəcək şəkildə olmaması və geyim  kodeksinə uyğun olması
- Kişi namizəd
- Sürücülük vəsiqəsinin olması
- Yaş həddi 25-35

CV-lərinizi aşağıdakı elektron ünvanına göndərməniz xahiş olunur: [email protected]

Əlaqə nömrəsi: 012 464 86 58

Tikinti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.

Mint Group tərəfindən digər vakansiyalar