Beynəlxalq Daşımacılıq üzrə Satış/Marketing Meneceri

İşin təsviri

BƏƏ, Türkiyə və Gürcüstan’da ofisləri olan Beynəlxalq Daşımacılıq şirkətinin Bakı’da yeni açılacaq ofisinə aşağıdaki tələblərə uyğun mütəxəssis işə alınacaq:

Şirkət: Marpro Logistika MMC

C.Cabbarlı - B.Bağırova küç. kəsişməsi,
609-cu məhəllə, Globus Center,
12-ci mərtəbə No: 4, Yasamal / Bakı

Vakansiya: Beynəlxalq Daşımacılıq üzrə Satış/Marketing Meneceri

Tələblər

- Universitet məzunu (ən az bakalavryat)
- Ən az 2 il Beynəlxalq daşımacılıq üzrə Satış/Marketing iş təcrübəsi olan
- Səyahət maneəsi olmayan
- Yaxşı səviyyədə Azərbaycan və İngilis vəya Rus dillərindən en az birini bilən
- B sinifi sürücülük vəsiqəsi olan və aktiv maşın sürən
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək olan
- Analitik düşünə bilən, sürətli və nəticə-yönümlü olan
- Komanda işində müvəffəqiyyətli və insan əlaqələri qüvvətli olan
- Potensial bazarları analiz edə bilən
- Yazılı və şifahi ünsiyyəti qüvvətli olan

Vəzifələr

- Şirkətin təqdimatını və göstərilən xidmətlərin satış və marketing fəaliyyətlərini aparmaq
- Yeni müştəri portfeli yaratmaq və halı hazırdakı müştərilərin davamlılığını təmin etmək
- İllik təyin olunan satış büdcə və marketinq hədəflərinin çatılmasına nail olmaq
- Rəqiblərin fəaliyyətlərini ve ümumiyətlə bazarın vəziyyətini nizamlı şəkildə təqib etmək
- İş tərifi içərisindəki lazımlı bütün raporlamaları etmək

İş şəraiti

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü (09:00 - 18:00)
- Nahar və yol xərci
- Maaş + premiya
- Rahat ofis şəraiti

Maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.