Beynəlxalq Dəniz, Avto, Dəmiryolu Daşımacılığı üzrə Əməliyyat Mütəxəssisi

İşin təsviri

BƏƏ, Türkiyə və Gürcüstan’da ofisləri olan Beynəlxalq Daşımacılıq şirkətinin Bakı’da yeni açılacaq ofisinə aşağıdaki tələblərə uyğun mütəxəssis işə alınacaq:

Şirkət: Marpro Logistika MMC

C.Cabbarlı - B.Bağırova küç. kəsişməsi,
609-cu məhəllə, Globus Center,
12-ci mərtəbə No: 4, Yasamal / Bakı

Vakansiya: Beynəlxalq Dəniz, Avto, Dəmiryolu Daşımacılığı üzrə Əməliyyat Mütəxəssisi

Tələblər

- Universitet məzunu (ən az bakalavryat)
- Ən az 1 il Beynəlxalq Avto və Dəniz vəya Dəmiryolu daşımacılığı üzrə əməlliyat iş təcrübəsi olan
- Yaxşı səviyyədə Azərbaycan, İngilis və Rus dillini bilən
- MS Office programlarını yaxşı dərəcədə istifadə edən
- Planlaşdırma və təşkilat qabilliyəti olan
- Ünsiyyət bacarıqları qüvvətli
- Sürətli və nəticə-yönümlü işləyə bilən

Vəzifələr

- Xarici ofis və agentliklərlə lazımlı yazışmaları arapmaq
- Müştəri və təchizatçılar ilə əməliyyat / sənədləşmə proseslərini icra etmək
- İdxalat, ixracat vəya tranzit əməliyyatların başlamasıyla sifariş təqibini təşkil etmək, lazımı yazışma/sənədləşmə prosesini idarə edib raport vermək
- Müştərilərdən gələcək tələbləri effektiv şəkildə cavablandırmaq
- Yük/daşıma təklifi vermək, müqavilə prosesini idarə etmək, şirkəti korporativ kimliye uyğun təmsil etmək
- Hesablaşma ilə birlikdə daşıma fayllarının nəticələnməsini təmin etmək

İş şəraiti

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Həftədə 5 iş günü (09:00 - 18:00)
- Maaş + Nahar və yol xərci
- Rahat ofis şəraiti

Maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.