Sürücü (Yük avtomobili)

  • Aztransport-A MMC
  • Elanın qoyulma tarixi: 10.07.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AZTRANSPORT-A” Məhdud Məsuliyyətli Cəmiyyəti

Sürücü (Yük avtomobili)

ƏMƏK FUNKSİYASI

 Avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması;
 Sürücünün üzləşdiyi risklər ilə bağlı yol hərəkəti qaydalarına riayət etməyin əhəmiyyətini dərk etmək və nəqliyyat vasitəsini idarə edən zaman bu amili nəzərə almaq
 Faktiki toqquşma riskləri daşıyan xüsusi amilləri, o cümlədən onlardan yayınma tədbirlərini nəzərə almaq
 Toqquşmanın qarşısının alınması üçün ara məsafəsi, minimum ara məsafəsinə təsir edən amillər, müşahidə, ehtimal, reaksiya vaxtının əhəmiyyəti və toqquşmanın qarşısını alan ara məsafəsi ilə bağlı nəticələri təhlil etmək
 Tormozlama əməliyyatını yüksək bacarıq ilə yerinə yetirmək;
 Aşağı sürətli manevrləri düzgün şəkildə yerinə yetirmək;
 Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
 Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
 Yol sənədlərinin rəsmiləşdirilməsi;
 Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək

Namizədə tələblər

Namizədlər yol hərəkəti qaydalarından test üsulu ilə imtahan ediləcək

    - E kateqoriyalı sürücülük vəsiqəsi;
    - Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilmək;
    - Yol hərəkəti qaydalarını mükəmməl səviyyədə bilmək;
    - Beynalxalq yük daşınma təcrübəsi minimum 3(üç il);
    - Bu sahədə minimum 3 (üç) il iş təcrübəsi;
    - Ünsiyyətcil və mülayim olmaq;
    - İşdə dəqiqlik və stressə davamlılıq.

Namizədlər öz CV– lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı  (Sürücü (yük avtomobili)) qeyd olunmalıdır.

Aztransport-A MMC tərəfindən digər vakansiyalar