Maliyyə işləri üzrə Baş Mütəxəssis

  • Aztransport-A MMC
  • Elanın qoyulma tarixi: 16.03.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə işləri üzrə Baş Mütəxəssis

Vəzifə öhdəlikləri

• Maliyyə hesabatlarını hazırlayıb təqdim etmək və şərh etmək;
• Büdcəni planlaşdırmaq və planlamanın icrasına nəzarət etmək;
• Nağd vəsaitlərin hərəkətinə nəzarət etmək, onların gələcək istiqamətlərini əvvəlcədən xəbər verməklə planlamanı tərtib etmək;
• Maliyyə riskini azaldan maliyyə idarəetmə mexanizmləri işləyib-hazırlamaq;
• Xərclərin azaldılması imkanları üçün təhlil və dəyərləndirmələr aparmaq;
• Köçürmələrin və ödənişlərin hazırlanmasını həyata keçirmək;
• Xidmətin maya dəyəri və hesabat kalkulyasiyasını tərtib etmək;
• Kreditor və Debitor borclara nəzarət etmək;
• Ödənişlərin düzgünlüyünü yoxlamaq və təsdiq prosesinə nəzarət etmək;
• İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
• Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarətin edilməsi, onların müəyyən edilmiş qaydada arxivə təhvil verilməsi üçün rəsmiləşdirilməsi;
• Bank və Vergi balanslarını yoxlayıb, gündəlik bank  hesabatlarının hazırlanması
• Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icrası və sənədlərin tərtib edilməsi

Namizəd barədə tələblər

• Təhsil - Ali iqtisadi təhsil (ACCA bilikləri əlavə üstünlükdür)
• Yaş həddi - 23-35
• İş təcrübəsi: 3-5 il (Big 4 iş təcrübəsi üstünlükdür)
• Dil bilikləri: Rus və İngilis dili əla səviyyədə

Bilik və bacarıq

• MS Office - Excel üzrə əsas funksiyalar üzrə sərbəst işləmək bacarığı olmalı
• 1C proqramı 8.2 və ya 8.3. Proqramda mühasibatlıq uçotunu doğru qurmaq bacarığı olmalı
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini bilməli
• Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını, uçot və hesabatı, hesabatların plan və korrespondensiyasını bilməli
• Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını bilməli
• İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli

İş şərtləri

• İş qrafiki - 6 günlük (şənbə günü – 14:00-dək)
• Əmək haqqı – 1200 - 1500 AZN
• Nahar şirkət tərəfindən təmin edilir
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir
• Telefon limiti şirkət tərəfindən qarşılanır

Namizədlərdən CV-ni mövzu yerində “Maliyyə işləri üzrə Baş Mütəxəssis” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Aztransport-A MMC tərəfindən digər vakansiyalar