Vəzifənin adı: Təlim Koordinatoru
ƏSAS ÖHDƏLİKLƏR
Şirkət fəaliyyətlərinin səmərəliliyini artırmaq məqsədi ilə müəssisə işçilərinin öz vəzifə öhdəliklərini yerinə yetirməsi üçün tələb olunan inkişaf ehtiyaclarını müəyyənləşdirmək;
Bütün inkişaf və yeniliklərin işçilərə vaxtında çatdırılmasını təmin etmək;
Müəyyən edilmiş ehtiyaclar əsasında illik təlim matrisinin hazırlanması və həyata keçirilməsinə nəzarət;
Təlim və inkişaf büdcəsinin hazırlanması;
Bəzi təlimlərin şirkət resusrları tərəfindən həyata keçirilməsi üçün daxili təlimçilərin hazırlanması
Keçirlən təlimlərin monitorinqi, effektivliyinin analiz edilməsi, ROİ ölçülməsi
İşçilərin fərdi inkişaf planlarının hazırlanması və həyata keçirilməsi məqsədi ilə İş Fəaliyyətinin Qiymətləndirilməsi sistemində yaxından iştirak etmək;
İnsan Resursları Şöbəsi tərəfindən keçirilən şirkət daxili təlimlərdə təlimçi olaraq iştirak etmək;
Bütün şöbələrdə təşkilati inkişaf cəhdlərinin, təşəbbüslərin və proqramların həyata keçirilməsinə rəhbərlik;
Təşkilati tədris və inkişaf proqramlarının strateji və istehsalat tələblərinə uyğunlaşdırılması;
Şirkət təcrübəsinin təhsil müəssisələri ilə paylaşılması məqsədi ilə universitetlər, tədris müəssisələri, texniki peşə məktəbləri ilə sıx əlaqələrin qurulması;
Strateji və biznes üzrə konkret məqsədlərə nail olmaq üçün təlim və təşkilati inkişaf səylərini əlaqələndirmək məqsədilə şirkət miqyaslı proqramların tərtib edilməsi;
İŞ ƏLAQƏLƏRİ
Əsas daxili əlaqələr Bütün şirkət əməkdaşları
Əsas xarici əlaqələr Təlim, inkişaf və araşdırma sahəsində fəaliyyət göstərən şirkətlər, institutlar, universitetlər, peşə məktəbləri
TƏLƏB OLUNAN BİLİK VƏ BACARIQLAR
Təhsil
İqtisadiyyat, Sosial elmlər, Psixologiya, İnsan Resurslarının İdarə olunması üzrə Bakalavr dərəcəsi
Kompetensiyalar
Dəyişikliklərin idarə olunması
Strateji proqramlar yaratmaq və prosesləri təkmilləşdirmək bacarığı
Novatorluq
Əməkdaşlıq etmək bacarığı və şöbələr arasında əlaqələrin qurulması
Yüksək ünsiyyət bacarığı
Təqdimat və metodika bacarıqları
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri)
İş təcrübəsi
Korporativ tədris və inkişaf, təşkilati inkişaf və təşkilati səmərəlilik üzrə minimum 3-5 is ardıcıl iş təcrübəsi
Dil və İT bilikləri
İngilis dili / English
MS Office paketi, xüsusilə Excel və PowerPoint ilə yaxından tanışlıq/ Advanced proficiency in MS Office suite, especially Excel and PowerPoint
E-mail: [email protected]