Laborant köməkçisi

İşin təsviri

Vəzifə: Laborant köməkçisi

Vəzifə funksiyası:

1. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək;
2. Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
3. Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
4. Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
5. İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
6. Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
7. Laboratoriya qablarının yuyulması, laboratoriya ərazisinin təmizlənməsi;
8. Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması.

Vəzifə maaşı: 459 AZN

Cinsi: Fərq etmir

Yaş həddi: 20-35

Təhsili: Ali təhsilli. İxtisasının kimya, fizika, biologiya olması arzuolunandır

İş qrafiki: Ay ərzində 20 gün olmaqla 08:00-17:00-dək; 1 saat nahar fasiləsi

İşin icra ediləcəyi məkan:

Yevlax rayonu ərazisində Azecolab Company MMC-nin idarə etdiyi laboratoriya

Tələblər:

Vakansiyaya müraciət edən şəxs Yevlax royonuna yaxın ərazilərdə yaşamalıdır
Müsahibə üçün işçi Bakıdakı laboratoriyaya dəvət olunacaq.

Vakansiyaya yalnız CV vasitəsilə müraciət etmək lazımdır. CV aşağıda qeyd olunan mail ünvanına göndərilməlidir:

E-mail: [email protected]

Tel: 012 310 02 00/ 012 310 03 00

QEYD: ELANI DIGƏR SAYTLAR ICAZƏSIZ ŞƏKILDƏ GÖSTƏRILƏN MÜDDƏTDƏN ARTIQ ÖZ SƏHIFƏLƏRINDƏ YERLƏŞDIRDIYI HALDA HƏMIN SAYTLARA ELANIN YERLƏŞDIRILDIYI HƏR ƏLAVƏ GÜNƏ GÖRƏ MÜVAFIQ MƏBLƏĞDƏ CƏRIMƏ TƏTBIQ OLUNACAQ.