Yay təcrübə proqramı 2016 / Layihə İdarəetməsi Departamenti

İşin təsviri

Yay təcrübə proqramı 2016

Layihə İdarəetməsi Departamenti

Şirkət haqqında:

Edumedia-Azərbaycan şirkəti təhsil və biznes sahəsində yeni və interaktiv xidmət və həllər təminatçısıdır. Şirkət uğurlu beynəlxalq təcrübənin yerli bazara gətirilməsi üzərində işləyir və öz sifarişçisini bir təklif daxilində İT xidmətləri ilə təmin edir. Edumedia-Azərbaycan şirkəti Microsoft, Intel, Promethean, LEGO Education, Sanako, YDP, Multitouch kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Ətraflı məlumat: www.edumedia.az

İş qrafiki: Bazar ertəsi - Cümə günü, bütün gün və ya yarım gün.
İş yeri: Luxen Plaza

Əsas Öhdəliklər:

• Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində işlərin görülməsi və işçi heyəti ilə işin koordinasiyası
• Layihə meneceri tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
• Yeni layihələrin araşdırılması və yeni ideyaların təklif edilməsi
• Yeni partnyorlarla əlaqələrin qurulması
• Yeni layihələrin planlaşdırılmasında və həyata keçirilməsində iştirak

Tələb Olunan Təcrübə, Bilik və Bacarıqlar:

• Bakalavr pilləsinin 3-cü və 4-cü kurs tələbələri və ya Magistraturada oxuyan tələbələr müraciət edə bilər
• Dil bilikləri: Azərbaycan dili-Əla, İngilis dili-Yaxşı, Rus dilini bilənlərə üstünlük verilir
• MS Office proqramlarında işləmə bacarıqları
• Kreativlik və yaradıcı potensial
• Ünsiyyət qurma və işgüzar danışıqların aparılması qabiliyyəti
• Detallara diqqət etmə bacarığı
• İşini vaxtında təhvil vermək bacarığı.

Müraciət üçün CV, Tələbə Biletinin və Tələbə Qiymət Kitabçası/Transkriptin skan versiyalarının [email protected] ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzusunda təcrübənin adını qeyd etməyinizi xahiş edirik.

Son müraciət tarixi: 17.06.2016