Ofis Menecer

İşin təsviri

Şirkət haqqında:

Edumedia-Azərbaycan şirkəti təhsil və biznes sahəsində yeni və interaktiv xidmət və həllər təminatçısıdır. Şirkət uğurlu beynəlxalq təcrübənin yerli bazara gətirilməsi üzərində işləyir və öz sifarişçisini bir təklif daxilində İnformasiya Texnologiyaları xidmətləri ilə təmin edir. Edumedia-Azərbaycan şirkəti Microsoft, Intel, Promethean, LEGO Education, Sanako, YDP, Multitouch kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.

Ətraflı məlumat: www.edumedia.az

Vəzifə: Ofis Menecer

İş qrafiki: Bazar etrəsi-Cümə, 09:00-dan 18:00-dək

İş yeri: Luxen Plaza, Bakı, Azərbaycan

Əsas Öhdəliklər:

• Daxil olan zənglərin və elektron ünvana gələn məktubların, sorğuların vaxtında cavablandırılması, yönləndirilməsi, lazımi qeydlərin aparılması və aidiyyatı şəxslərə çatdırılması
• Şirkətdaxili kargüzarlıq işlərinin yerinə yetirilməsi
• Ofisdaxili idarəetmə işlərinin yüksək səviyyədə yerinə yetirilməsi
• Rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi
• Şirkətə gələn qonaqların qarşılanması və yönləndirilməsi
• Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək və riayət olunmasına nəzarət
• Tabeliyində olan işçilərlə işin düzgün qurulması və koordinasiyası
• İşlə əlaqədar lazımi şirkətlərlə əlaqələrin yaradılması
• Ofis avadanlıqlarına mütəmmadi olaraq nəzarət edilməsi
• Ofisdaxili aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi
• Ezamiyyə işlərinin təşkili
• İş görüşlərinin təşkili

Tələb olunan Təcrübə, Bilik və Bacarıqlar:

• Ali təhsil
• Azərbaycan dili-Əla, Rus dili –Əla, İngilis dili-Yaxşı 
• Kompüter biliyi: MS Office
• Oxşar sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək
• İdarəetmə bacarığı
• Məsuliyyət və dəqiqlik
• Yüksək şifahi və yazılı ünsiyyət bacarığı
• Planlaşdırma və təşkilat

Müraciət qaydası:

Müraciət üçün CV-i [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Xahiş edirik müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edəsiniz.

Son müraciət tarixi: 07.08.2016