Müştəri xidmətləri üzrə Mütəxəssis

  • Mətanət A
  • Elanın qoyulma tarixi: 14.05.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Müştəri xidmətləri üzrə Mütəxəssis

FUNKSİYALAR

Şirkətin prezidentinin yanında müştəri xidmətləri koordinatoru müştərilərlə  əlaqə saxlayır, onların bütün problemlərinin öz həllini tapması üçün lazım olan bütün tədbirləri həyata keçirir. Müştəri tərəfindən yaranmış narazılıqları aradan qaldırıb onların məmnun olması üçün lazım olan tədbirləri həyata keçirir.

VƏZİFƏ BORCLARI

Şirkətin prezidentinin yanında müştəri xidmətləri koordinatoru:

1. Müştəri haqqında məlumatları toplayıb müştəri bazasını yaradır.
2. Öz fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlayır və gördüyü işlərlə bağlı Şirkətlər Qrupunun Prezidentinə (həftəlik, aylıq, rüblük, illik) hesabatlar verir.
3. Müştəri məmnuniyyət blanklarını hazırlayır və rübdə 1 dəfə müştərilərə paylayır, alınan cavabları analiz edir və orta statistika çıxardır. Alınan nəticələrin ötən sorğu nəticələri ilə müqayisə edir. Müştərilərin məmnunluğu haqqında informasiyanın yığılması, sistemləşdirilməsi və təhlilini təşkil edir;
4. Şirkətlə olan yeniliklər, yeni məhsullar, xidmətlər və kompaniyalarla bağlı müştəriləri məlumatlandırır.
5. Bayramlar, tədbirlər və əlamətdar günlərlə bağlı müştərilərə təbriklərin göndərilməsini təşkil edir.
6. Müştərilərlə əlaqə qurur, müştəri məmnunluğunun yüksək səviyyədə olmasını təmin edir, bu prosesin effektivləşdirilməsi - təkmilləşdirilməsi ilə bağlı tədbirlərdə (layihələrdə) fəal iştirak edir və bu sahədə Şirkətlər Qrupunun Prezidentinə öz təkliflərini bildirir.
7. Müştəri xidmətlərinin, onların suallarını professional səviyyədə cavablandırılması, onların məhsula olan tələblərinin, ehtiyaclarının, irad və təkliflərini müəyyən edir (təhlil edir).
8. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və bu prosesin effektivliyini təşkil edir və bu sahədə lazımi tədbirləri həyata keçirdir.
9. Müştərilərin qarşılaşdığı problemləri və onların səbəbini araşdırır, yaranan problemlərin səbəbini araşdırır, onların yerindəcə həlli üçün düzəliş və qarşısını alma fəaliyyətlərini həyata keçirdir.
10. Müştərilərin məmnunluğu məqsədilə təşkil edilmiş hədiyyə kompaniyasında iştirak edir, müştərilərə hədiyyələrin paylanmasını həyata keçirdir.
11. Məhsulların müştərilərə vaxtlı-vaxtında çatdırılmasına nəzarət edir, çatdırılma xidmətini logistika şöbəsi ilə birgə tənzimləyir.
12. Məhsulların digər ölkələrə vaxtlı-vaxtında ixracına (çatdırılmasına), məhsulun satış statusuna nəzarət edir (gün, həftə, ay).
13. Satış, ixracat, logistika, ictimaiyyətlə əlaqələr və marketinq tədqiqatları şöbəsinə müştərilərdən daxil olan irad, təklifləri, yaranan və yarana biləcək problemləri qeydə alıb nəzarətdə saxlayır və aradan qaldırır.
14. Müştərilərin məmnunluğu haqqında ümumiləşdirilmiş məlumatın rəhbərliyə təqdim edilməsi;
15. Müştəri xidmətlərinin təkmilləşdirilməsi istiqamətində təşkil olunan treninqlərdə iştirak edir.
16. Anketdə göstərilən sualların müəssisə qarşısında qoyulan keyfiyyət məqsədlərindən asılı olaraq dəyişdirilməsi və təzələnməsi.
17. Müştəri xidmətləri sahəsində bütün işləri səmərəli təşkil edir.
18. Şirkətlər Qrupunun Prezidentinin əmr və sərəncamlarının, tapşırıqlarının yerinə yetirir.
19. Narazı müştərilərin narazılıqlarını aradan  qaldırır.

Tələblər:

Ali təhsil –(Kimya üzrə)
3- 5 il iş təcrübəsi.
Ünsiyyət yaratmaq bacarığı
Stressə davamlı
İşə planlı yanaşması
Fəal olması
Rus dilini bilənlər üstünluk veriləçək.

E-mail: [email protected]