Hüquqşünas

İşin təsviri

Vəzifə: Hüquqşünas

Vəzifə öhdəlikləri:

• Müqavilələrin hazırlanması;
• Hüquqi sənədlərin tərtib edilməsinə nəzarət;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilməsi.
• Beynəlxalq layihələrlə iş
• Şirkətin  Hüquq Departamentinin  vəzifələrinə aid olan layihələrin hazırlanmasında iştirak edir və həvalə olunan layihələrin idarə edilməsini həyata keçirir;
•  Hüquq Departamentinin fəaliyyəti ilə bağlı olan şirkətdaxili təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlayır, aidiyyəti struktur bölmələrlə razılaşdırır ;
•  Şirkətdaxili Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirir və rəy verir;
• Şirkətin  hüquqi sənədlərinin, o cümlədən nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
• Şirkətdaxili tələbdən asılı olaraq , şöbə rəhbərlərinə və digər əməkdaşlara Şirkətin təmsil edilməsi üçün qanunla müəyyən edilmiş qaydada etibarnamənin verilməsini və vaxtlı-vaxtında bu etibarnamələrin dəyişdirilməsini təmin edir; 
• Şirkətin  fəaliyyətilə bağlı bağlanan bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy verir və şirkətin  maraqlarına cavab verməsini təmin edir;
• Şirkətdə  keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxır, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər verir.

Tələblər:

• Ali hüquqi təhsil – Korporativ hüquq, Müqavilələr üzrə hüquq;
• Azərbaycan Respublikasının qanunlarını (Mülki, Mülkü prosessual, Cinayət və Cinayət Prosessual məcəllələrini, İcra haqqında qanunu, İnzibati Xətalar Məcəlləsini, Əmək qanunvericiliyini, Beynəlxaq hüququ)
• Dil bilikləri -      (ingilis və rus dili bilənlərə üstünlük verilir) ;
• Ofis proqramları      (Word, Excel, Internet);
• İş təcrübəsi –5 ildən artıq;
• Stress altında işləmə bacarığı;
• Yaş həddi  - 27-dən yuxarı;

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə "Hüquqşünas" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail: [email protected] Web: www.bsc-group.az