Mağaza inzibatçısı (Lənkəran filial üçün)

İşin təsviri

Optimal Elektronika şirkəti 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, TOSHIBA, Simfer, Carrier, SINGER, EKSEN brendlərinin rəsmi distribyutorudur. Bizim şirkətimiz Mobitel , Inteqral şirkətləri ilə əməkdaşlıq edir və Nokia, Samsung mobil telefonlarının satışı ilə məşğuldur. Bizim mağazalardan Toshiba, Acer, Asus, HP Noutbooklarını əldə edə bilərsiniz, həmçinin ofis və ev üçün personal kompyuterlərin satışı ilə bağlı yığılması da həyata keçirilir.

Bizim məqsədimiz öz sahəmiz üzrə Azərbaycan bazarında lider olmaq və xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. Məqsədimiz pərakəndə ticarətin idarə edilməsində mütərəqqi ideyaların həyata keçirilməsinə, xidmət göstərmə keyfiyyətinin müasir sosial tendensiyalara uyğun olmasına, yeni alıcıların cəlb edilmısində fərqli yanaşma və daimi müştərilərin loyallığının artırılmasına əsaslanır.

Yüksək ixtisaslı mühəndislərin çalışdığı və texniki tərkibdə kadr potensialına və öz fəaliyyətindəki böyük təcrübəyə əsaslanaraq Optimal Elektronika MMC şirkəti Azərbaycanda bir çox yerli və xarici təşkilatlarla və müəssisələrlə əməkdaşlıq etməkdədir.

Vəzifə: Mağaza inzibatçısı (Lənkəran filial üçün)

Departament / şöbə: Satış Departamenti

Əsas vəzifə və öhdəliklər

 Filialın fəaliyyəti ilə bağlı təkliflər vermək;
 Mərkəzdən gələn təlimatların düzgün icra olunması;
 İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;
 Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
 Malın daxili bazarda tanıdılması və onun satışı;
 Daimi müştərilərlə əlaqələrin saxlanılması;
 Şirkətin satışlarının artırılmasına dəstək;
 Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
 Satışını həyata keçirdiyi məhsulların xüsusiyyətləri haqqında geniş məlumatlı olmaq;
 Aktiv satışın həyata keçirilməsi (Birbaşa satışlar təşkil etmək);
 Müştəri bazasının artırılması;
 Xarici görünüşünə diqqət etməli və baxımlı olmalıdır;

Namizədə dair tələblər

 Ali təhsilli olması;
 Satış səhəsində 3-5 il iş stajı və idarəetmə tərcübəsi; (Xüsusən Məişət texnikası sahəsində);
 Menecerlik və təşkilatçılıq qabiliyyəti, peşəkar bilik və tərcübəsi olmalıdır;
 Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti;
 Məsuliyyətli, pəşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün; qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
 Müştərini inandırmaq qabilliyyətinin yüksək və özünə güvən olması;
 Rahat və səlis nitq qabiliyyəti, punktual, ciddi, məsuliyyətli olması;
 Kompüter bilikləri;
 1C proqramını istifadəçi səviyyəsində bilməli;
 MS Office proqramında işləmək bacarığı;
 Azərbaycan və Rus dilini mükəmməl bilmək;

İş şərtləri

 İş vaxtı: 6 iş günü
 İş yeri: Lənkəran filialı
 Əmək haqqı: təcrübədən asılı olaraq

Müraciət üçün son tarix: 13/06/2016

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected][email protected]  ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında “İnzibatçı” sözünü qeyd etməyi unutmayın, əks halda CV-lərə baxılmayacaq.

İşəgötürənin reytinqi