«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,
“Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Sığorta məsləhətçilərinin Meneceri (Mingəçevir, Şəki filialı)
Namizədə tələblər
• Yaş: 23-35
• Cinsi: kişi
• Təhsil: orta texniki və ya ali
• İş təcrübəsi: Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
• Ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
Əsas vəzifə öhdəlikləri
• Yeni sığorta məsləhətçilərinin hazırlanması və idarə edilməsi
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onların tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
• Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Sabit əmək haqqı + rüblük motivasiya
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır )
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.