Vəzifə: Satınalmalar üzrə Mütəxəssis
Ərazi: Bakı
İşin məzmunu
- Uğur qazanmış namizədin “Agro Dairy” MMC-nin Bakı şəhərində yerləşən baş idarəsində “Satınalmalar üzrə mütəxəssis” (SM) vəzifəsinə təyin olunması nəzərdə tutulur.
- SM təchizatla bağlı sorğu, tender və sifarişlərin həyata keçirilməsini və uçotunu təmin etməlidir.
- SM fəaliyyətini müəssisənin departament və yerli bölmələri ilə sıx qarşılıqlı əməkdaşlıq mühitində qurmalı və əməliyyatların ERP sistemində uçotunu təmin etməlidir.
Vəzifə təlimatının xülasəsi
- Tender və sorğuların hazırlanması və qiymətləndirilməsi
- Satınalma ilə bağlı sənədlərin düzgün tərtibinə nəzarət və sənəd dövriyyəsinin dəqiq icrası
- Satınalma müqavilələrinin hazırlanması
- Ödəniş tələblərinin hazırlanması və izlənməsi və s.
Minimal tələblər
- İngilis dili; Yaxşı (Upper İntermediate)
- Müvafiq sahədə iş tərübəsi
- Xarici ölkələrdən satınalmalarla bağlı iş təcrübəsi
- INCOTERMS, Gömrük və Mülki qanunvericilik bilikləri
Müraciət üçün son tarix 9 May 2016
Əlaqə CV-lər “SM” sözünü qeyd etməklə [email protected] ünvanına göndərilməlidir.