İnzibati işlər üzrə köməkçi

  • ABC Telecom
  • Elanın qoyulma tarixi: 30.04.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Компания: ABC Telecom

Описание:

«ABC Telecom» şirkəti "Kontakt Home" mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“ABC Telecom” şirkəti davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi
[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İnzibati işlər üzrə köməkçi

Zəruri tələblər:

• Ali təhsil (filologiya və ya marketinq  sahəsində bakalavr dərəcəsi arzu olunandır)
• Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri 
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Sürətlə çap etmə bacarığı

Vəzifələr:

• Xarici və yerli tərəfdaşlarla işgüzar yazışmanın aparılması
• Sənədlərin tərcüməsi
• Problemli abonentlərlə iş
• Lazımi hesabatların hazırlanması
• Verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı 600 AZN-dən başlayaraq

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “İnzibati işlər üzrə köməkçi” qeyd edərək
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.