İcraçı (Problemli Kreditlər şöbəsi)

  • ABC Telecom
  • Elanın qoyulma tarixi: 31.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Компания: ABC Telecom

«ABC Telecom» şirkəti "Kontakt Home" mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

ABC Telecom” şirkəti davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi
[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya:  İcraçı (Problemli Kreditlər şöbəsi)

Tələblər:

• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük verillir)
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır
• Məsuliyyətli, aktiv və çevik olmalı
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifələr:

• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Məhkəməyə hazırlıq işlərinin aparılması, iddia ərizələrinin hazırlanması və işlərin məhkəməyə göndərilməsi
• Məhkəmələrdə şirkəti nümayəndə qismində təmsil etmək
• Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək
• Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq
• Müvafiq məlumat bazası yaratmaq
• Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək
• Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək
• Şirkətin maraqlarınımüxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması və digər

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• ə/h - razılaşdırılma yolu ilə
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “İcraçı (Problemli Kreditlər şöbəsi)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.