Kompyuter Operatoru

  • ABC Telecom
  • Elanın qoyulma tarixi: 31.08.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Компания: ABC Telecom

«ABC Telecom» şirkəti "Kontakt Home" mağazalar şəbəkəsi vasitəsi ilə müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

ABC Telecom” şirkəti davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi
[email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Kompyuter Operatoru

Tələblər:

• Ali təhsil (filologiya və ya hüquq sahəsində bakalavr dərəcəsi arzu olunandır)
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook) – 1 ildən
• Sürətlə çap edə bilmə bacarığı
• Məsuliyyət və diqqətlilik kimi şəxsi keyfiyyətlərə malik olmaq

Vəzifələr:

• Verilən mətnin məlumat bazasına daxil edilməsi
• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Lazımi hesabatların hazırlanması
• Verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00, VI-cı gün- qısa iş günü
• Əmək haqqı- 400 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Kompyuter Operatoru” qeyd edərək
[email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.