Marketinq Mütəxəssisi

İşin təsviri

Şirkət haqqında məlumat:

Novco Group of Companies” şirkəti Azərbaycanın brend bazarında liderlik edən  şirkətidir. Biz Bakı sakinlərinə dünya şöhrətli brendləri :
UNITED COLORS OF BENETTON, UNITED COLORS OF BENETTON 012, SISLEY, TOMMY HILFIGER, ADIDAS, ACCESSORISE, BEBE, COAST, LIU JO, NINE WEST, PABLOSKY, MONNALISA, və s. brendləri  təqdim edirik.

Vəzifə:  Marketinq Mütəxəssisi

Əsas vəzifə və funksiyaları:

1. Cəmiyyətin işinin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin təqdim edilməsi;
2. Cəmiyyətin brendbook-nu, yani Cəmiyyətin loqosunun və digər identifikasıyanının düzgün qaydada istifadə olunanmasının təşkil  edir;
3. İctimaiyyətlə, media təmsilçiləri ilə əlaqələri qurur, Cəmiyyətin fəaliyyəti ilə bağlı həyata keçirilən tədbirlər barədə Press relizlərin, məqalələrin, elanların KİV-lərdə və internet saytlarında yerləşdirilməsi və dərc edilməsini öncə meneceri ilə razılaşdırıb sonra  təşkil edir;
4. Korporativ hədiyyələrin, çap materillarının (lifletlər, broşurlar, açıqçalar, posterlər, banerlər,  və s) , reklam lövhələrin, reklam daşıyıcıları dizayn və hazırlanmasını  təşkil edir;
5. Müxtəlif şirkətlərin nümayəndələri, potensial müştərilər, müəssisənin partnyor-şirkətlərinin nümayəndələri ilə danışıqlar aparır;
6. Yeni  mağaza açılarkən, KİV-in məlumatlandırılması və açılış mərasimlərinin təşkil olunmasında hazırlıq işlərini görür;
7. Bayram və endirim kompaniyalarıyla bağlı təşviqat və reklam işlərini təşkil edir;
8. Kütləvi informasiya vasitələrində reklamın yerləşdirilməsi, müxtəlif layihələrin sponsorluğu, iqtisadi təbliğat və s. məsələlər üzrə media nümayəndələri ilə danışıqlar aparır;
9. Cəmiyyətin məhsullarının  keyfiyyətinin və müştəri rəyinin öyrənilməsi üçün sorğular keçirir;
10. Müştəri ehtiyaclarını öyrənir, təhlillərin nəticəsini  Brend menecerlərə bildirir;
11. KİV, internet, sosil şəbəkələrdə aktiv tədbirləri həyata keçirir; Satışa mənfi təsir edən, spekulyativ amilləri müəyyən edər önləyici tədbirlər görür;
12. Cəmiyyətin rəsmi internet səhifəsinin (www.novco.com www.mybrands.az ) mütəmadi yenilənməsini təşkil edir.

İş rejimi:  8 saatlıq
İş şəraiti və əmək haqqı:
1. Ofis daxili
2. Mybrands mağazlarında endirimli alış- veriş etmək üçün endirim kartı.
3. Əmək haqqı –razılaşma yolu ilə

Kandidat üçün tələb olunanlar:

• Yaş-25-35
• Cinsiyyət- fərq etmir
• Dil bacarığı-  Azərbaycan dili (sərbəst) , İngilis dili (sərbəst), rus dili (sərbəst))
• Təcrübə- 1 ildən 3 ilə qədər
• Təhsil-  Ali (magistr arzu olunandr)
• MS Windows, MS Office (Excel, Word, Outlook) 

Maraqlananlardan xahiş olunur [email protected]  electron ünvanına öz CV lərinizi  göndərsinlər. Göndərilən CV lər mütləq  şəkillə olmalıdır. Mövzu adı “Marketinq Mütəxəssisi “  olmalıdır.

İşəgötürənin reytinqi

NOVCO Group of Companies tərəfindən digər vakansiyalar