Hüquqşünas (korporativ hüquq üzrə)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 14.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC-nin Hüquq Departamentinə Hüquqşünas (korporativ hüquq üzrə) vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

• Təsərrüfat və xidmət müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək və viza vermək;
• Bankdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
• Vəzifələrin icrası ilə bağlı, banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək;
• Bankın bütün struktur bölmələrinə, filial və şöbələrinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Departament direktoru və Şöbə müdiri tərəfindən həvalə edilmiş digər vəzifələri icra etmək;
• Bankın qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
• Bankın ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;
• Bankın qəbul etdiyi çirkli pulların yuyulmasının qarşısının alınması sahəsində Siyasət və bankdaxili prosedurların tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan və rus dillərini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarına malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 mart 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Hüquqşünas göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir