Neft qaz hasilatı üzrə Operator-çilingər

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 01.03.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Neft qaz hasilatı üzrə Operator-çilingər

İşin xüsusiyyəti:

Bütün hasilat üsulları üzrə neft, qaz, qaz kondensatını çıxarma texnoloji prosesinin aparılması, quyuların aramsız işləməsinə nəzarət edilməsi, qrup ölçən qurğularının nasos stansiyalarının, kompressor stansiyalarının işinə və quyuların iş rejiminin saxlanılması və yaxşılaşdırılması üçün geoloji-texniki tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi,Neft və qaz quyularının verilmiş istismar əmsalının təmin edilməsi.
Elektrik dalma nasoslarının işə buraxılması və qoyulmuş rejimə salınmasının təmin edilməsi, metanol nasoslarının işinin tənzimlənməsi. Lay təzyiqinin saxlanılması üçün su vurucu quyuların işinə nəzarət. Quyuların kimyəvi üsullarla işlənilməsinin hesabatının aparılması və preslərə rəhbərlik. Mədəndə aparılan mürəkkəb quraşdırma və sökmə işlərinə, elektrik dalma nasosları qurğularında, avtomatik qrup ölçü qurğularında aparılan işlərdə iştirak və bu işlərə bilavasitə rəhbərlik. Quyuların yeraltı və əsaslı təmirə hazırlanmasında, onların təmirdən sonra işə buraxılmasında və rejimə sapınmasında iştirak etmək. İşə salma elektrik avadanlığının yığılmasında, idarəetmə stansiyalarının, avtomatika və telemexanika bloklarının quraşdırılmasında və sazlanmasında iştirak etmək. Neftqazçıxarma sahəsinə edilən xidmətin sənədləşdirilməsi. Aşağı dərəcəli operatorların işinə rəhbərlik.
Mürəkkəb və xüsusən mürəkkəb qovşaq və mexanizmlərinin sökülməsi, təmiri, yığılması və sınanması; mürəkkəb avadanlığın, aqreqat və maşınların təmiri, quraşdırılması və sökülməsi, sınanması, tənzimlənməsi, sazlanması və təmirdən sonra təhvil verilməsi; təmir və quraşdırmaq üçün mürəkkəb alətlərin düzəldilməsi; təmir üçün qüsurlar siyahısının tutulması; qaldırıcı-nəqliyyat mexanizmləri və xüsusi alətlər tətbiq etməklə takelaj işlərinin yerinə yetirilməsi.

Bilməlidir:

təmir olunan avadanlığın, aqreqat və maşınların quruluşunu; avadanlığın, aqreqatların və maşınların təmiri, yığılması və sınanması prosesində qüsurları aradan qaldırma üsullarını; mürəkkəb nəzarət-ölçü alətinin quruluşunu, təyinatını və tətbiqi şərtlərini; universal və xüsusi ləvazimatın konstruksiyasını; müxtəlif qeyri-mürəkkəb detalların nişanlama və emalı üsullarını; müsaidə və oturtmalar, kvalitetlər və nahamarlıq parametrləri sistemini; turşuyadavamlı və başqa ərintilərin xassələrini; avadanlığın planlı xəbərdarlıq təmirinin əsas müddəalarını.
İşlənilən yatağın xarakteristikası, yeraltı və yerüstü avadanlığın texniki xarakteristikası və quruluşu; quyuların yeraltı və əsaslı təmirinin növləri; quyuların mənimsənilməsi və tədqiqi, neft və qaz hasilatının intensivləşdirilməsi; avtomatika və telemexanika sisteminin və proqram-qurğularının quruluşu və onlardan istifadə qaydaları, avtomatika və telemexanikanın əsasları.

E-mail:  [email protected]