Mağaza Meneceri

İşin təsviri

Mağaza Meneceri – SSİ Retail MMC

Tələblər:

1. Yaş həddi: 25-40
2. Təhsil: Ali
3. İş təcrübəsi: menecer kimi 2-5 il ( fashion sahəsində təcrübə arzuolunandır)
4. Dil bilikləri: Azərbaycan və Rus dili -əla, İngilis dili- başlanğıc səviyyə
5. Səlis və düzgün nitq qabiliyyəti
6. Liderlik qabiliyyəti
7. Ünsiyyətcil və kreativlik
8. Məsuliyyətlilik

İş haqqında məlumat:

1. İş rejimi: növbəli ( həftədə 1 gün istirahət)
2. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət

Əsas vəzifə öhdəlikləri:

1. Mağazanın bütün heyyətinə rəhbərlik etmək
2. İşçilər arasında onların vəzifə cavabdehliklərinə uyğun iş bölgüsü aparmaq
3. İşçilərin mağaza qaydalarına riayət etmələrinə nəzarət etmək
4. Mağazada səliqə- səhmanı qoruyub saxlanması üçün tədbirlər görmək
5. Mağazaya daxil olan malların müvafiq qaydada sistemə mədaxil edilməsi rəf və dolabçalarda, asılqanlarda asılmasını, anbarda  yığılmasını təmin etmək
6. Mağazadan malların oğurlanmasının, itirilməsi və ya zədələnməsinin  qarşısını almaq,  bununl bağlı təkliflər vermək
7. Brend menecerlərin tövsiyyələrinə əməl etmək
8. Problemli müştərilər, müştəri şikayətləri ilə şəxsən maraqlanmaq
9. Mağazanın fəaliyyəti haqda hesabatlar etmək

Maraqlananlar öz CV-lərini [email protected]  electron ünvanına göndərə bilərlər. Mövzuda  “Mağaza meneceri “  yazılmalıdır

İşəgötürənin reytinqi