Filial müdiri və filial müdiri müavini (Şəki, Şamaxı və Ucar)

İşin təsviri

BOKT Şəki, Şamaxı, və Ucar filiallarına müdir/müdir müavini vəzifəsinə müsabiqə elan edir.

Əsas vəzifə öhdəlikləri:

Filialın kredit işini təşkil etmək;
Filialın işçi heyəti arasında kredit portfelini bölüşdürmək və onun yerinə yetirilməsinə nəzarət etmək;
Filialın kredit məhsullarının satışını və müştəri xidmətlərini təşkil etmək;
Filiala yeni müştərilər cəlb etmək
Kreditlərin tam həcmdə vaxtında qaytarılmasını təmin etmək
Filialın illik büdcəsini hazırlamaq və onun icrasını təmin etmək;
Filialın fəaliyyətinə aid digər işləri görmək.

Namizədə olan tələblər:

Ali iqtisadi və ya hüquqi təhsil
Bank və ya bank olmayan kredit təşkilatlarında aktivlərin idarə edilməsi və ya kredit departamentinin rəhbəri vəzifəsində ən azı 2 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl bilmək;
Analitiklik bacarığı;
Məhsul və xidmət satmaq bacarığı;
Liderlik;
Ünsiyyətqurma bacarıqları;
Rayonu yaxşı tanımaq.

Tələblərə cavab verən namizədlər 10 fevral 2016-cı il tarixinədək [email protected]   elektron poçtuna CV-lərini göndərməklə müraciət edə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Xahiş edirik ki, müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin, əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Bank Olmayan Kredit Təşkilatı tərəfindən digər vakansiyalar