Resepşn (xanım işçi)

İşin təsviri

Resepşn (xanım işçi)

Yaxın günlərdə Bakıda Nizami küçəsi 50-də (Torqovıy, Fəvvarələr meydanı yaxınlığında) analoqu olmayan La Liga VİP playstation əyləncə mərkəzi açılır. Öz üstünlüyü və rahatlığı ilə La Liga VİP playstation əyləncə mərkəzi çox yaxın zamanda xidmətinizdə hazır olacaq. Mərkəzimizdə xanımlar və bəylər əyləncəli vaxt keçirə bilərlər. La Liga VİP playstation əyləncə mərkəzi fəaliyyətə başlamazdan öncə çox saylı işçi vakansiyaları elan edir.

Təcili xanım işçi tələb olunur!

İş yeri: La Liga VİP playstation əyləncə mərkəzi

Əmək haqqı: 250-300 azn (əlavə faiz və bonuslar olacaq).

Əyləncə mərkəzi xanımlar və bəylərə xidmət edir.

Cinsi: Xanım işçi

Obyekt müştəri potensialı baxımından çox yaxşı yerdə yerləşir (Torqovıy,  Fəvvarələr meydanı). Götürəciyimiz işçinin etibarlı və işgüzar olması bizim üçün ən mühüm amildir.
Xahiş edirik CV göndərdikdə əlavə olaraq sadalanan tələblərə nə qədər uyğun olub-olmadığınızı e-mailə yazmağı unutmayın ki, biz də düzgün seçimimizi edə bilək.

Tələb olunan keyfiyyətlər:

1. Orta və ya ali təhsil;
2. Yaxşı ünsiyyət, əlaqə qurmaq bacarığı;
3. Yaş həddi 21-35
4. Kompüterdə işləmək bacarığı üstünlükdür

İşçinin öhdəlikləri:

• Kassaya nəzarət və müştərilərdən ödənişin qəbulu
• Kompüter vasitəsi ilə sosial şəbəkələrdə reklam vermə (bilmirsə öyrədiləcək)
• Ünsiyyətcil və müştəri məmnuniyyəti

İş qrafiki: 8.00-20.00 və ya 9.00-21.00

İş yeri ünvanı: Torqovıy, Nizami küçəsi 50 (Fəvvarələr meydanının yaxınlığı, Xəqani ticarət mərkəzinin yanı)

Qeyd: Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərin [email protected] e-mail ünvanına öz CV-lərini göndərmələri xahiş olunur. Şəkilsiz və mövzu yerində “Əyləncə mərkəzinə ofis menecer xanım ” yazılmayan CV-lərə baxılmayacaq.