İşin təsviri
Vəzifə öhdəlikləri:
- Oyun mərkəzinin ümumi idarə edilməsi və gündəlik iş axınının təşkil edilməsi;
- Ofisiantların, operatorların, aşpazların və təmizlik personalının işinə nəzarət və dəstək;
- Gündəlik brifinqlər və həftəlik təlimlər proqramını qurmaq və tətbiq etmək;
- Tabeliyində olan bütün işçilərin işinə nəzarət və işçilərin məhsuldar işləməsini təmin etmək;
- Rutin işlərdən əlavə qoyulan işlərin vaxtında icra edilməsi və bununla bağlı həftəlik rapor vermə. Həmçinin göndərilən işləri təhvil vermə tarix (deadline) qoymaq və həmin tarixə qədər yerinə yetirmək;
- Aşpaz, ofisiant köməkçisi və ofisiant xidmətinin düzgün və effektiv şəkildə işləməsi;
- Stres və münaqişə hallarını idarə etmək;
- Yemək və qıdaların düzgün təqdimatda və vaxtında müştəriyə çatdırılmasına nəzarət;
- Fəaliyyət ərazisində gündəlik gəzinti-baxış keçirmək təmizliyin yüksək səviyyədə olmasını təmin etmək (Çöl, giriş, lift, fasad, otağlar, mətbəx, tuvaletlər, koridorlar və digər müştərinin gözünə dəyə biləcək obyektə aid olan yerlər);
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurmaq, xidmət keyfiyyətinə nəzarət etmək və onların məmnuniyyətini təmin etmək;
- Xidmətin keyfiyyətini qaldırmaq məqsədi ilə mütəmadi brifinq və təlimlərin keçirilməsi;
- Gülərüz və viziual xoşgörünümlü ofisiantların işə götrülməsi (Ofisiantların Rus dilli bilməsi üstünlükdür);
- Təmizlik, işçilərin loyallığı, gülərüzlülüyü, davamiyyəti və iş performansı;
- Müştəri məmnuniyyətini ölçmə;
- Müştəri loyallığını saxlama;
- Komanda üzvlərinin idarə edilməsi, onların motivasiyasının artırılması və iş keyfiyyətinə nəzarət;
- İşçilərə xidmət haqqı bonusu verdikdə KPI (işlərin təmizliyi, loyallığı, gülərüzlülüyü, keyfiyyətli xidməti, davamiyyəti və iş performansı nəzərə alınmalıdır);
- Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək;
- Mövsümi menyuya dəyişikliklər, yeni məhsullar təklif etmək;
- Oyun avadanlıqlarının işlək vəziyyətdə olmasını təmin etmək, texniki problemləri operativ həll etmək və yenilənmələrə nəzarət etmək;
- Playstation, Karaoke və Futbol Kanalları barədə personalda bir neçə nəfərin məlumatlı olmasını təmin etmək;
- Marketinq və satış strategiyalarını tətbiq edərək, oyun mərkəzinə daha çox müştəri cəlb etmək. Qonaqların şikayət və təklifləri ilə maraqlanmaq, birbaşa rəhbərini məlumatlandırmaq;
- Sahibkar və ya Ceo tərəfindən tələb olunan aylıq satış hədəflərini təmin etmək;
- Adambaşı Çek ortalamasının artırılması;
- Həftədə iki dəfə operation xidmət və satışla bağlı imtahan və testlərin keçrilməsi;
- Müştəri şikayətlərinə operativ və dəqiq cavab vermək;
- Gəlir və xərclərə nəzarət edərək, xərcləri minimuma salıb satışı artıraraq gəlirliliyi maksimum etmək və biznesin inkişafını dəstəkləmək;
- Alış qiymətlərinə və hazır məhsulların mayə dəyərinə nəzarət;
- Oyun turnirləri, tədbirlər və promosyonlar təşkil edərək müştəri cəlb etmək və LaLiga brendinə uyğun fəaliyyətlər həyata keçirmək;
- Şirkətin daxili nizam-intizam, təhlükəsizlik texnikası, sanitariya və gigiyena qaydalarına riayat etmək;
- Excel biliklərinin artırılması (ehtiyac varsa) və həmçinin ehtiyac görülən təlimlərə qatılma.
Vəzifəyə tələblər:
- Təhsil: Ali təhsil üstünlükdür (İdarəetmə, Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üstünlükdür);
- İş təcrübəsi: Oyun mərkəzi, əyləncə və ya lounge sektorunda ən azı 2 il idarəçilik təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili səlis, rus və ingilis dili biliyi üstünlükdür;
- Texniki biliklər: Oyun konsolları (PS5, Xbox, PC gaming) və oyun avadanlıqları haqqında məlumat;
- Kompüter bilikləri: Microsoft Office (əsasən word və excel) və Logix ERP bilməsi Üstünlükdür;
- Müştəri yönümlü yanaşma və ünsiyyət bacarığı: Müştəri yönümlü düşüncə tərzi və əla ünsiyyət bacarıqları;
- Şəxsi keyfiyyətlər: Liderlik, təşkilatçılıq, problem həll etmə bacarığı və komandada işləmə qabiliyyəti. Problemləri operativ həll etmək və qərar vermək qabiliyyəti. Komandanı effektiv idarə etmə və motivasiya etmək bacarığı;
- Maraq: Oyun sənayesinə və əyləncə mərkəzlərinə maraq
Biz sizə nə təklif edirik?
- Stabil əmək haqqı + performans əsaslı bonus sistemi;
- Rahat və dinamik iş mühiti;
- Karyera inkişafı üçün imkanlar;
- Peşəkar komandada çalışma imkanı.
İş haqqında:
- Əmək haqqı: 1000-1500 AZN (sabit əmək haqqı + faiz /bonus sistemi);
- ARƏM uyğun işə qəbul;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş qrafiki: Tam ştat, 6 günlük iş həftəsi.
Tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini “Laliga G.C Filial Meneceri” başlığı ilə elektron poçtuna göndərə bilərlər.