Administrator

İşin təsviri

Yeni açılan La Liga Tea & Shisha LoungeAdministrator” vakansiyası elan edilir,

İşin təsviri:

- Restoran, bar və banket xidmətinin səmərəli fəaliyyətinin planlaşdırılması və təşkili, tabeçiliyində olan personalın effektiv fəaliyyətinin təşkili və motivasiyasının təmin edilməsi;
- Müştəri məmnuniyyətin saxlanması. Hər bir qonağa “fərdi yanaşma” prinsipi əsasında yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək;
- İşçi heyətinin şəxsi gigiyenasına, əməyinin mühafizəsinə və təhlükəsizliyinə nəzarət etmək;
- Müəssisənin daxili siyasətinə uyğun olan hesabatlılığın təmin edilməsi
- Kadr hazırlığı, komandada adaptasiyası;
- Gündəlik işçi heyətə təlimlərin keçirilməsi
- Məqsədləri və tapşırıqları müəyyənləşdirmək, məsuliyyətin bölüşdürülməsini təmin etmək, ilkin və yekun nəticəni aidiyyatlı şəxslərə təqdim etmək;
- Mətbəxlə koordinasiya etmək şərtilə Təchizat standartlarının bəlli edilməsi və yönləndirilməsi
- Ərzaq və xammalın keyfiyyətini qorumaq, maddi qiymətlilərin qorunmasına və uyğun şəkildə saxlanmasına nəzarət etmək;
- Təmizlik, təhlükəsizlik, xidmət funksiyalarının doğru yerinə yetirilməsi üçün qaydalar müəyyən etmək, onları prosedurlar halına gətirmək və icrasına nəzarət etmək
- İşçi heyəti arasında rəqabətli mühit yaratmağı təmin etmək;
- İşçi heyətin vəzifələri və vaxt qrafikini təşkil etmək və planlaşdırmaq;
- Satışın və ödənişlərin qeydiyyatına nəzarət etmək;
- Komanda üçün qaydalar, prosedurlar müəyyənləşdirmək və onların icrasına nəzarət etmək

Tələblər:

- Ali təhsil;
- Oteldə (F&B şöbəsində) və ya restoran biznesində 1-3 il arası təcrübəsi;
- Əsas idarəetmə proseslərini başa düşmək;
- Yetkinliklərin inkişafı: liderlik, təşəbbüs, rahatlıq və adaptasiya;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, ingilis dili və rus dili arzu olunan

İş şəraiti:

Əmək haqqı: 800 AZN
İş qrafiki: 10 saat (Növbəli)
AR ƏM uyğun işə qəbul

CV-nizi (şəkil şərtdir) mövzü bölümdə “Administrator/La liga Tea & Shisha Lounge” qeyd edərək [email protected] ünvanına göndərməyinizi xahiş edirik
Yalnız tam şərtlərə uyğun olan namizədlərin CV-lərinə baxılacaq.