Dərzi

İşin təsviri

Şirkət haqqında məlumat:

Novco Group of Companies” şirkəti Azərbaycanın brend bazarında liderlik edən  şirkətidir. Biz Bakı sakinlərinə dünya şöhrətli brendləri :

UNITED COLORS OF BENETTON, UNITED COLORS OF BENETTON 012, SISLEY, TOMMY HILFIGER, ADIDAS, ACCESSORISE, BEBE, COAST, LIU JO, NINE WEST, PABLOSKY, MONNALISA, və s. brendləri  təqdim edirik.

Vəzifə: Dərzi

Əsas vəzifə və funksiyaları:

1. Mağazalardan alınmış paltarları və ya aksessuarları (əlcək, şarf, papaq və s.)  alıcının istəyinə uyğun və bədən ölçülərinə görə tamamlamaq, başqa sözlə alıcının istəyinə uyğun paltarın hissələrini (qol, ayaq, çiyin hissələrini) qısaltmaq, uzatmaq, daraltmaq, genişləndirmək və s;
2. Mağazalarda satış üçün mövcud olan paltarlar korlandığı və ya qüsurlar aşkar edildiyi halda mağaza üzrə məsul şəxsin müraciəti əsasında onları bərpa etmək (düymələri bərkitmək, sökülən hissələri  tikmək və s.);
3. Müraciət etmiş alıcılarla etik qaydalara uyğun olaraq davranmaq və ünsiyyət qurmaq;
4. Rəhbərliyə nəticə və tövsiyələr də daxil olmaqla, tikiş prosesinə dair hesabat təqdim etmək;

İş rejimi:  növbəli (8 saatlıq).

İş şəraiti və əmək haqqı:

1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə qəbul, sosial sığorta, ödənişli məzuniyyət.
2. Əmək haqqı 400 azn.

Kandidat üçün tələb olunanlar:

• İş təcrübəsi minimum 3-5 il.
• 25-50 yaş arası;

Maraqlananlardan xahiş olunur [email protected] electron ünvanına öz CV lərinizi göndərsinlər. Göndərilən CV lər mütləq şəkillə olmalıdır. Mövzu adı “Dərzi“  olmalıdır.

İşəgötürənin reytinqi