Qərb zonasında Tərəvəzçilik sahəsində kömək məqsədilə layihə dizaynı üzrə məsləhətlərin verilməsi üçün Aqronom-məsləhətçi tələb olunur
CNFA şirkəti tərəvəz becərilməsində təcrübəsi olan, tərəvəz istehsalı ilə məşğul olan fermerlər üçün təlim, məsləhət və layihələrin həyata keçirilməsində yardımçı ola biləcək aqronom-məsləhətçi axtarır.
Aqronom-məsləhətçi minimum aşağıdakı tələblərə cavab verməlidir:
• Kənd təsərrüfatı sahəsində Bakalavr dərəcəsinə sahib olmalıdır;
• Əsasən istixana və açıq sahədə becərilən pomidor, xiyar, kartof, soğan, göyərti və giləmeyvə üzrə müfəssəl biliklərə və 3-5 il təcrübəyə malik olmalıdır;
• Torpaq və sahələrin müxtəlif becərmə sistemlərinə uyğun gübrələnməsi üzrə bilik və təcrübəyə malik olmalıdır;
• Kənd təsərrüfatı üzrə təlim keçmək və məsləhət xidməti göstərmək üzrə praktik təcrübəsi olmalı və həmçinin fərdi və fermer qruplarına təlimlərin təşkil edilməsi və keçirilməsi bacarıqlarına malik olmalıdır;
• Müvafiq istixana və açıq sahə alətlərinin, avadanlıq və suvarma sistemlərinin istifadəsi üzrə biliklərə malik olmalıdır;
QEYD: Sürücülük vəsiqəsi və şəxsi avtomobili olanlara və Qərb (Gəncə, Samux, Şəmkir) bölgəsində daimi yaşayan namizədlərə üstünlük veriləcək.
Maraqlanan şəxslərdən xahiş olunur ki, tərcümeyi-hal (CV) göndərməzdən qabaq vəzifə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydalarını öyrənmək üçün 01 fevral 2016-cı il, saat 16:00 kimi [email protected] elektron ünvanına müraciət etsinlər.