Hüquqi məsələlər üzrə baş mütəxəssis

  • PAŞA Sığorta
  • Elanın qoyulma tarixi: 06.01.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

PASHA Sığorta şirkəti “Hüquqi məsələlər üzrə baş mütəxəssis” vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Hüquqi məsələlər üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

• şirkətdaxili normativ və kadr sənədlərinin (əmr, təlimat, protokol və s.) hazırlanması                            
• müvafiq orqan, idarə və təşkilatlara hüquqi sorğuların hazırlanması
• müqavilə layihələrinin hazırlanması, daxil olan sənədlərin və rəsmi sorğuların hüquqi ekspertizasının aparılması
• agent müqavilələrinin layihələrinin hazırlanması, qeyd olunan sənədlərin reyestrinin aparılması, agentlər üzrə tələb olunan sənədlərin toplanması və fayllaşdırılması
• daxil olan sorğulara əsasən qanunvericilik aktları və onlara əlavə və dəyişikliklərin şirkət əməkdaşlarına göndərilməsi
• məhkəmə və digər hüquq mühafizə orqanlarına, hüquqi şəxslərə hüquqi işlər (məhkəmə işləri) üzrə müraciətlərin göndərilməsi
• sığorta şəhadətnamələrinin buraxılmasına nəzarət və səlahiyyətləri çərçivəsində imzalanması
• Keyfiyyət İdarəetmə Sstemi üzrə Keyfiyyət Komandasının üzvü kimi şirkətin daxili qayda və prosedurlarının hazırlanması, yenilənməsi və daxili audit olunmasında iştirak

Təhsil: Ali hüquqi (magistr dərəcəsi arzu olunandır) 

İş təcrübəsi: sığorta sahəsində ən azı 3 il və ya maliyyə sektorunda 2 il

Biliklər: Mülki (xüsusilə sığorta və korporativ hüquq daxil olmaqla), inzibati, cinayət, mülki-prosessual və cinayət prosessual hüququ sahəsində nəzəri və praktik biliklər 

Xüsusi bacarıqlar:

• danışıqlar aparma və inandırma bacarığı, analitik təhlil, layihələri idarəetmə bacarığı, vaxtı idarəetmə bacarığı
• Kompüter bilikləri yaxşı səviyyədə, Azərbaycan, rus və ingilis dillərini yaxşı bilməsi

Şəxsi keyfiyyətlər:

• stressə davamlı, qeyri-emosional, qeyri aqressiv, pozitiv, ünsiyyətcil, səmimi, etibarlı

Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi [email protected]  elektron ünvanına göndərin.