Kredit meneceri (Tovuz filialı üçün)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 26.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Kredit meneceri (Tovuz filialı üçün)

Vəzifəyə olan tələblər
 
- Ali təhsili;
- Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 2 (iki) il iş təcrübəsi;
- İdarəetmə və liderlik bacarığı;
- Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq;
- İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etmək
- İnsan resurslarını idarə etməyi bacarmaq;
- Fərdi və komanda şəklində işləmək;
- Kompüterdən istifadə etməyi bacarmaq (MS Windows, Word və Excel).

Əsas vəzifə və öhdəlikləri:

- Filialın yerləşdiyi ərazidə kiçik və orta bizneslə məşğul olan sahibkarları təşkilata cəlb etmək, onların biznes yerlərini ilə yaxından tanış olmaq;
- Filialın kredit portfelinin keyfiyyətini təhlil etmək, filialın maliyyə analizini aparmaq;
- Yerli Kredit Komitəsində iştirak etmək və kredit sənədləri ilə bağlı rəy bildirmək;
- Borcalanların ödənişlərinin vaxtlı-vaxtında aparılmasına nəzarət etmək;
- Problemli kreditlərlə işləmək;Kredit işçilərinin işə qəbulu prosesində bilavasitə iştirak etmək, namizədləri Baş ofisin aidiyyatı departamentinə / bölməsinə təqdim etmək və rəy bildirmək;
- Sınaq müddətini başa vurmuş Kredit işçilərinin işinə nəzarət
- Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və ona nəzarət etmək.
 
Ə/haqqı + aylıq bonus
 
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə  [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.