Layihə Rəhbəri(Çirkab Su Təmizləmə Qurğuları)

  • Ramco MMC
  • Elanın qoyulma tarixi: 15.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


İşəgötürən: Ramco MMC

Vəzifə: Layihə Rəhbəri(Çirkab Su Təmizləmə Qurğuları)

Salary : 2000-2500 AZN`dən başlayaraq

İşin təsviri:

– İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması;
– Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
– Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi;
– Layihədə iştirak edən subpodratçılarla əlaqə saxlanması və onların işinin istiqamətləndirilməsi;
– İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
– Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi;
– Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
– Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

Tələblər:

– İnşaat mühəndisliyi üzrə ali təhsil;
– Çirkab su təmizləmə qurğularının tikintisi sahəsində ən azı 5 il iş təcrübəsi;
– Layihə rəhbəri kimi bitirilmiş ən azı 1 layihə ;
– Müvafiq kompüter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.) ;
– Diqqətli,çevik və məsuliyyətli olmaq;
– Yaş 30-45 arası
– Dil bilikləri: English(Advanced)

İş qrafiki:

- Bazar ertəsi – Şənbə(6 gün):  9:00  - 18:00
- İş yeri Şabran rayonunda yerləşir

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini [email protected]  ünvanına  mövzu yerində “Layihə rəhbəri” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər intervyu üçün dəvət olunacaqlar.