Marketinq Menecer

  • Akkord Sement
  • Elanın qoyulma tarixi: 25.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

MARKETİNQ MENECER

Əsas məsuliyyətlər:

• Şirkətin Satış və Marketinq strategiyasının hazırlanması və strategiyanın tətbiqi üçün lazımi tədbirlərin planlaşdırılması və icrasının təmin etmək.
• Mövcud qanunvericilik, siyasət, strategiyalar və rəhbərlərinin əmrləri istiqamətində satış proqramına uyğun olaraq zavodun daxili və xarici marketinq işlərini həyata keçirmək.
• Əlaqəli müştərilərin aylıq təxsislərində və tələblərinə görə çatdırılma proqramlarını hazırlamaq.
• Distribyutor satışlarını izləmək, nəzarət etmək, satış hədəflərinə çatmaq üçün lazımlı tədbir və dəstək üçün rəhbərinə köməkçi olmaq.
• Müştərilər ilə zavod arasındakı koordinasiyasını davamlı olaraq təmin etmək, lazım olduğunda müştəri şikayətlərində müştərilər ilə görüşmək.
• Müştəri risklərini nəzarətdə saxlamaq üçün lazımi tədbirləri görmək və rəhbərlərinə  zamanında mövzu ilə əlaqədar məlumat vermək.
• Şirkətin məlumat axış sisteminin tələb etdiyi bütün hesabat və məlumatları hazırlatmaq.
• Daxili və xarici bazar araşdırması həyata keçirmək, bazardakı inkişafları hesabat halına gətirmək.
• Satışla əlaqəli məlumatların hesabatların hazırlanması
• Bazarda rəqib zavodların marketinq və satış fəaliyyəti haqqında məlumat toplamaq, fikir və təkliflərini rəhbərlərinə təqdim etmək.
• Müştəri potensialını və bazar payını artırmaq mövzusunda araşdırmalar aparmaq və potensial müştərilər qazanmaq.
• Müxtəlif Marketinq layihələrini həyata keçirmək.

Təhsil:

• Marketinq sahəsində Ali və ya Maqistr dərəcəsi olmalı.

İş təcrübəsi:

• Marketinq sahəsində minimum 5 il iş  təcrübəsi olmalı, ünsiyətcil və ictimai işləri müvəffəqiyətlə yerinə yetirməli,

Digər tələblər:

- Cins: kişi
- Yaş: 25-40
- Rus və ingilis dilində sərbəst danışıq
- MS office  proqramlarını bilməli

Təminatlar:

Nahar, Yanacaq limiti, danışıq  limiti və avtomaşın şirkət tərəfindən qarşılanır.
Əmək Haqqı 2500-3000 AZN.

Mövzu (subject) yerinə vakansiyanın adını yazıb [email protected] ünvanına göndərməyiniz xahiş olunur

Akkord Sement tərəfindən digər vakansiyalar