Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis (hüquq və statistika sahələri)

İşin təsviri


Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsi çərçivəsində monitorinq və qiymətləndirmə üzrə mütəxəssis (hüquq və statistika sahələri üzrə) vəzifəsinə

MÜSABİQƏ ELAN EDİLİR

Namizədlər aşağıdakı tələblərə cavab verməlidir:

• Hüquq, iqtisadiyyat və ya sosial elmlər sahələri üzrə ali təhsil;
• Hüquq sahəsində ən azı üç illik iş təcrübəsi;
• Dünya Bankı və digər beynəlxalq qurumlar tərəfindən maliyyələşdirilən layihələrdə oxşar vəzifədə ən azı üç illik iş təcrübəsi;
• Azərbaycan və ingilis dilləri üzrə mükəmməl biləklər;
• MS Office və oxşar proqramlarından mükəmməl istifadə etmə bacarığı;
• Yüksək ünsiyyət və hesabatların hazırlanması vərdişləri.

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər Azərbaycan və ingilis dillərində tərcüməyi-hallarını aşağıdakı elektron ünvana təqdim etməlidirlər:  [email protected] 

Maraqların ifadəsi üzrə bildiriş D/2.1-MX və D/2.2-MX

Sənədlər 19 dekabr 2015-ci il saat 18:00-dək qəbul edilir.