“Elektron məhkəmə informasiya sisteminin tətbiqi məqsədi ilə məhkəmə və ədliyyə qurumlarında zəruri informasiya infrastrukturunun yaradılması üçün binaların mövcud
vəziyyətinin qiymətləndirilməsi və hesabatların hazırlanması - II mərhələ” fəaliyyəti üzrə məsləhət xidmətləri
Maraqların İfadəsi üzrə Bildiriş-A.2/9.0-MX
Azərbaycan Respublikası Dünya Bankından “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar kredit əldə etmiş və həmin kredit vəsaitlərinin bir hissəsinin “Elektron məhkəmə informasiya sisteminin tətbiqi məqsədi ilə məhkəmə və ədliyyə qurumlarında zəruri informasiya infrastrukturunun yaradılması üçün binaların mövcud vəziyyətinin qiymətləndirilməsi və hesabatların hazırlanması - II mərhələ” fəaliyyəti üzrə məsləhət xidmətlərinin göstərilməsinə xərclənməsi nəzərdə tutulur.
Məsləhət xidmətlərinə daxildir: elektron məhkəmə siteminin tətbiqi, bütün məhkəmə və icra qurumlarında zəruri informasiya infrastrukturunun yaradılması məqsədi ilə seçilmiş məhkəmə binalarının hazırkı vəziyyətinin (elektrik, telefon və İT kabelləşdirmə, fibro optik xətlər, enerji təchizatı) qiymətləndirilməsi və məhkəmə infrastrukturunun müasirləşdiriləmsi istiqamətində qabaqcıl Avropa və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələrin hazırlanması.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar təqdim etməlidirlər. Məsləhətçi şirkət layhələndirilmə və mühəndis işlərinin həyata keçirilməsi sahəsində ən azı beş illik təcrübəyə malik olmalı və tələb olunan müvafiq lisenziyalar əldə etməlidir. Tapşırığın ehtimal olunan müddəti 180 gündür.
Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair göstərilən qaydalarla (yanvar 2011-ci il və iyul 2014-cü il) nizamlanan Keyfiyyət və Dəyər Seçim Üsuluna (KDSÜ) əsasən seçiləcəkdir. Məsləhətçilər həmin təlimatların “Dünya Bankının maraqların toqquşmasına dair siyasəti” adlı 1.9 nömrəli bəndinə diqqət yetirməlidirlər. Məsləhətçilər öz ixtisas bacarıqlarını gücləndirmək məqsədi ilə digər şirkətlərlə konsorsium/birgə müəssisə yarada bilərlər.
İştirakçılar məlumatları 2019-cu il oktyabr ayının 3-ü saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: [email protected], [email protected] göndərə bilərlər.