Satış Təmsilçisi

  • Azman MTK
  • Elanın qoyulma tarixi: 22.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"AZMAN Co." şirkəti rəsmi qeydiyyatdan 2008-ci ilin iyun ayında keçmişdir. Lakin şirkətin aktiv fəaliyyətinə bir il sonra, 2009 cu ilin iyun ayından start verilmişdir. Qısa müddət ərzində şirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə etmişdir. Artıq bu ilin sentyabr ayında şirkətin Badamdarda yerləşən satış salonu motosiklet həvəskarlarının istifadəsinə verilmişdir. Bu satış salonunda təqdim olunan bütün texnikaya zəmanət verilir ki, həmçinin salonun nəzdində texniki xidmət mərkəzi də fəaliyyət göstərir.

Satış Təmsilçisi

YALNIZ XANIM NAMİZƏDLƏR MÜRACİƏT EDƏ BİLƏR.

Tələblər:

 Şirkətin tarixi, fəaliyyət sahəsi, bazardakı mövqeyi və  sahib olduğu üstünlükləri,
 Məhsullar haqqında ətraflı məlumat,
 Məhsulların  xüsusiyyətlərini, funksionallığını
 Məhsulların qiymətlərini,
 Məhsulların istifadə və qulluq qaydalarını,
 Məhsullara aid  standart və sertifikatları,
 Məhsulların Ödəmə və təslimat şərtlərini,
 Məhsulların zəmanət şərtlərini,
 Kompaniyalar haqqında tam məlumatı,
 Müştəriləri tanımaq, onlarla işləmək, ünsiyyət bacarıqlarına və razı salmaq bacarığına malik olmalı.
 İşində məsuliyyətli olmalıdır,
 Verilən  tapşırığı, göstərişi yerinə yetirməli və subardinasiya qaydalarına riayət etməlidir,
 İş yoldaşlarına  qarşı hörmətli və məsuliyyətli olmalıdır,
 Müştəri qarşısında məsuliyyətli olmalıdır,
 İşində uğurlu olmağı hədəf götürməlidir,
 İnandırma qabiliyyətinə malik olmalıdır,
 Müştərini itirməyə deyil, qazanmağa istiqamətlənmiş davranışlara sahib olmalıdır,
 İş əxlaqı olmalıdır,
 Səbirli olmalıdır, əsəblərinə hakim və stress altında işləməyi bacarmalıdır,
 İşlədiyi şirkətin mədəniyyətini, daxili qaydalarını bilməlidir,
 Özünə inamı olmalıdır,
 Yeniliyə, öyrənməyə, təlimlərə açıq olmalıdır,
 Şəxsi problemlərini işə qatmamağı bacarmalıdır,
 Komanda ilə işləmə bacarığı olmalıdır,
 İşini sevməli, işindən razı qalmalıdır.

Vəzifələr:

 Şirkətin əsasnamələrini, vəzifə təlimatlarını, müqavilələrini, ümumi və ezamiyyət əmrlərini və hüquqi sənədlərinə riayyət etmək.
 Satış məsləhətçisi salonun vaxtında açılıb bağlanmasına nəzarət etmək.
 Salonda olan Bütün əmlaka və mallara cavabdehlik daşımaq və məhsulun  təhlükəsizliyini təmin etmək.
 Satış təmsilçisi salonda olan yazı işlərini şəxsən aparmaq.
 Salonda və vitrinlərdə olan təmizliyə nəzarət etmək.
 Satış təmsilçisi salonda mal azalan kimi bu barədə müdirə məlumat vermək və salona lazım olan malların yazılı sifarişini etmək.
 Satış təmsilçisi salon bağlanan zaman siqnalizasiya sisteminin qoşulmasına şəxsən nəzarət etmək.
 Müxtəlif yoxlamalara görə Salona gələn müfəttişlər haqqında rəhbərliyə məlumat vermək.
 Salonda baş verən bütün hadisələr barəsində təcili Baş satıcıya, o olmadıqda, rəhbərliyə yazılı məlumat vermək.
 Təsdiqlənmiş  qrafik əsasında vaxtında iş başında olmalıdır
 Ticarət Şirkətlərində vitrindəki mallar səliqə ilə yerləşdirməli və vitrində boş yerin olmasına yol verilməməlidir.
 Müştəri salona daxil olan kimi ayağa qalxmaq və məhsulun seçimində Müştərilərə yardım etmək. Müştərilərlə mədəni rəftar etmək və saatlar barəsində lazımı informasiya vermək.
 Məhsulu qəbul etməli və yerləşdirmək.
 Məhsulların inventarizasiyasında iştirak etmək.
 Satılan məhsulla görə müştəriyə kassa qəbzi təqdim etmək
 Satış təmsilçisi Səliqəli, təmiz geyimdə və gülərüz olmalıdır. İşdə nəzərdə tutulmuş xüsusi geyim qaydalarına, tanıtım nişanlarının üzərində qeydlərə, salonda və vitrinlərdə olan təmizliyə, səliqə-səhmanın pozulmamasına nəzarət etməlidir.
 İcazəsiz işdən qalmamaq, işə gecikməmək və iş yerini  tərk etməmək.
 İşə içkili vəziyyətdə gəlməmək və işdə spirtli içki qəbul etməmək.
 Təhvil aldığı malı nəzərdən keçirmək, onun üzərində barkodun olub-olmamasını yoxlamaq (satış üçün verilən maldırsa üzərində barkod olmadıqda qəbul etməmək), sənəddə yazılan ölçü vahidinə, miqdara tam uyğunluq olduqda sənədi imzalamaq.
 Satışların artırılması və  müştərilərə keyfiyyətli xidmətlərin  göstərilməsi ilə bağlı təkliflər vermək.
 Xüsusi ayrılmış geyim formasında olmaq,

İş barədə məlumat

• İş qrafiki:6 günlük iş qrafiki
• mükafat və bonuslar
• Vəzifə maaşı: 350 azn +bonus

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Satış təmsilçisi” qeyd edərək
[email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız qeyd ulunan tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.