Qazanxana operatoru

  • Azman MTK
  • Elanın qoyulma tarixi: 08.12.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Azman” MTK

Vakant vəzifənin adı: Qazanxana operatoru

Yerinə yetirdiyi işlər

- Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması.
- Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə.
- Nasos, mühərrik, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması.
- Avadanlıqların və qazan cihazlarının təmizlənməsi.
- İstisu tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradan qaldırılması, avadanlığın təmirində iştirak etmək.
- təmir, istismar və avadanlıqların işinə nəzarət zamanı məlumatların müvafiq jurnallarında qeydiyyatının aparılması

Vəzifəyə olan tələblər:

Bilməlidir: xidmət edilən qazanların iş prinsipini; istilik izoləedən kütlənin tərkibini və qazan və boru kəmərlərinin istiliyi izolə etməsinin əsas üsullarını; təzyiq altında işləyən avadanlıqdan və qazdan istifadə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; istilik şəbəkəsi boyler qurğuları avadanlıqlarının və quruluşunu və iş rejimini.
Təhsil: orta ixtisas və ya texniki peşə təhsili, müvafiq dövlət orqanı tərəfindən verilmiş sertifikat
İş təcrübəsi: 2 ildən yuxarı müvafiq sahə üzrə iş təcrübəsi

İş rejimi : növbəli

Maraqlanan şəxslər [email protected] ünvanına “qazanxana operatoru” başlığı altında CV göndərə bilərlər.