Azman MTK


Azərbaycan Respublikasında böyük tikinti şirkətlərindən biri olan “Azman Holding”, yüksək ixtisaslı mühəndis-inşaatçılardan, memarlardan və memar-dizaynerlərdən ibarət peşəkar komanda ilə fəaliyyət göstərən, əsasən ictimai əhəmiyyətli bina və qurğuların, sosial-mədəni obyektlərin tikintisi, abadlaşdırma və işıqlandırma layihələrinin icrası üzrə ixtisaslaşmış şirkətdir. Layihə sənədlərinin hazırlanması mərhələsindən başlayaraq obyektin istismara verilməsinə qədər bütün işlərin kompleks icrasını təmin edən infrastruktura malik olması şirkətin gördüyü işlərin operativliyinə və keyfiyyətinə möhkəm zəmin yaradır.

“Azman Holding” MMC fəaliyyət göstərdiyi müddətdə əsaslı tikinti və tikinti-abadlıq işləri ilə bağlı 600-dən çox layihə üzrə işləri uğurla başa çatdırmışdır ki, onların da arasında paytaxt Bakının simasına xüsusi gözəllik və yaraşıq verən bir sıra müasir tikililər, parklar və istirahət məkanları vardır.Bakı bulvarı, “İzmir”, “Dədə Qorqud”, “Liman”, “Zabitlər”, “Motsart” parkları, Dağüstü park, Azərbaycan Texniki Universitetinin, 6, 18, 23, 41 saylı orta məktəblərin, Bakı Fransızliseyinin, Musiqili Komediya Teatrının binaları, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğu və digər çoxsaylı obyektlər öz orijinal memarlıq xüsusiyyətləri və bənzərsizliyi ilə seçilirlər.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?