Məhkəmə orqanları ilə iş şöbəsinə hüquqşünas

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 12.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC Problemli Aktivlərin İdarə Olunması və Hüquqi Tənzimlənməsi Departamentinin Məhkəmə orqanları ilə iş şöbəsinə hüquqşünas vəzifəsinə işəqəbul elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

• Problemli kreditlər üzrə məhkəmələrə iddialar hazırlayır, banka qarşı qaldırılmış iddialara etirazlar hazırlayır və qanuna müvafiq olaraq məhkəmələrdə Bankı  təmsil edir;
• Problemli kreditlərin məhkəmədən kənar həlli üzrə müvafiq tədbirlər görür, problemli kredit müştəriləri ilə əlaqə saxlayır, borcların danışıqlar yolu ilə qaytarılmasına çalışır;
• İpoteka bildirişlərini hazırlayır və ipoteka qoyan şəxslərə göndərilməsini təmin edir;
• İpoteka bildirişinin qeydə alınması üçün ərizəni hazırlayır və bildirişin müvafiq orqanda qeydə alınmasını təmin edir;
• Borcluların xəbərdarlıq məktublarını hazırlayır və göndərilməsini təmin edir;
• İddia ərizələrinin hazırlanması və aidiyyəti məhkəmələrə göndərilməsini təmin edir; 
• Bankın mənafeyini məhkəmə və dövlət orqanlarında, idarələrində qoruyur, müdafiə edir.

Namizədə qarşı tələblər:

• Ali hüquqi təhsil;
• Azərbaycan və rus dilini yaxşı səviyyədə bilməli;
• Müvafiq sahədə iş təcrübəsi 3 ildən artıq olmalı;
• İcra haqqında qanunu bilməli;
• Stres altında işləməyi bacarmalı;
• Məhkəmə icraçıları ilə işləmə bacarığı olmalı;
• Analitik təhlil qabiliyyətinə malik olmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 noyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Məhkəmə orqanları ilə iş şöbəsinə hüquqşünas” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.