Hüquq Departamentinə - Təcrübəçi

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 12.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Hüquq Departamenti üçün təcrübəçiləri seçim prosesinə dəvət edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Təcrübə müddətində əldə edəcəyiniz peşəkar bilik və təcrübə:

• Huquqi sənədlərin reyestrini aparmaq, qorunub saxlanmasını təmin etmək;
• Banka daxil olan bütün hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə muvafiq cavablar hazırlayaraq Departament direktoruna təqdim etmək;
• Sənədlərin tərtibatı və müqavilələrin yoxlanılması;
• Müvafiq məlumatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
• Departamentə daxil olan və Departamentən xaric olan sənədlərin qeydiyyatı;
• Struktur bölmələrlə (filiallar, departamentlər və s.) koordinasiyanın və sənəd dövriyyəsinin aparılması.

Namizədə qarşı tələblər:

• Ali hüquq təhsili (magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan dilini yaxşı səviyyədə bilməli (İngilis dilini bilənlərə üstünlük verilir);
• Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək qabiliyyətinə malik olmalı;
• Məxfilik, diqqət, analiz etmək, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.

Göstərilən tələblərə cavab verən namizədlər 20 noyabr 2015-ci il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hüquq Departamentinə - Təcrübəçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.