Hüquqşünas

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 10.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Bank haqqında

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 19 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir. 

Vəzifə: Hüquqşünas

Əsas vəzifə və öhdəliklər:

• İdarəetmə orqanlarının və bankdaxili komitələrin iclaslarının protokollarının hazırlanması, rəsmiləşdirilməsi və qəbul edilmiş qərarların aidiyyəti olan struktur bölmələrə çatdırılması
• Bankdaxili strategiya, siyasət, məcəllə, təlimat və qaydaların hazırlanmasında iştirak etmək, həmin aktların qüvvədə olan yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi
• Bankdaxili struktur bölmələrinin əsasnamələrinin hazırlanması istiqamətində zəruri hüquqi rəy və məsləhətlərin verilməsi
• Bankın korporativ hüquqi aktlarının hüquqi cəhətdən dəstəklənməsi

Seçim meyarları:

 Ali hüquqi təhsil
 Sahə üzrə 1-3 il iş təcrübəsi
 Azərbaycan dili - əla, Rus dili - yaxşı
 Yüksək ünsiyyətqurma bacarığı  və təşəbbüskarlıq
 Öyrənməyə həvəs
 MS Office proqramları ilə işləmə bacarığı

Müraciətlərin son tarixi: 25/11/2015

Yuxarıdakı tələblərə uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun subject qrafasında Hüquqşünas sözünü qeyd etməyi unutmayın!

İşəgötürənin reytinqi