Hüquqşünas

  • Aztexnika
  • Elanın qoyulma tarixi: 25.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquqşünas
(Ticarət və biznes hüququ sahəsində)

İş barədə tələblər

- Şirkətin işgüzar fəaliyyətinə birbaşa və ya dolayısı ilə aid olan qanun qaydaların monitorinqi və izlənməsi. Lazım gəldikdə, nüfuzlu hüquq şirkətlərindən (və ya müstəqil hüquq/maliyyə məsləhətçilərindən) müvafiq sahə üzrə lazımı məsləhətlərin alınması
- Şirkətimizin fəaliyyətilə bağlı dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən göndərilən müraciətlərdən irəli gələn hüquqi məsələlərin təhlili və əlaqədar işlərin görülməsində hüquqi dəstəyin verilməsi
- Birləşmə, pay alınma, alqı- satqı, xidmət, kredit, əmtəə nişanları və diqər müqavilələrin/sazişlərin tərtibi
- Mülki hüquqi əqdlərin hazırlanmasında iştirak etmək, onların hüquqi ekspertizasını həyata keçirmək və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək
- Ümumi və inzibati-iqtisadi məhkəmələrinə Şirkət adından pretenziyalar, ərizələr və iddia ərizələri, iddialara etirazlar hazırlamaq
- Ümumi, inzibati-iqtisadi və apellyasiya məhkəmələrində Şirkətin maraqlarının qorunması məqsədi ilə nümayəndəliyi təmin etmək
- Şirkətdə iddia işlərini aparmaq, məhkəmələrdə müəyyən edilmiş qaydada Şirkətin maraqlarını qorumaq
- Əmək mübahisələrinin həlli üzrə səlahiyyətli orqanlarda nümayəndəliyi təmin etmək
- Əsasnamələrinin hazırlanmasını və müvafiq dövlət orqanlarında dövlət qeydiyyatının həyata keçirilməsinin təşkil etmək
- Şirkətin bütün struktur bölmələrinə hüquqi yardım göstərərək  mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək.
- Hüquqi sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanmasında iştirak etmək
- Şirkət üçün əhəmiyyətli olan rəsmi yazışmalara bir başa iştirak etmək, məktubların yazılma və cavablandırılmasında lazımı dəstək vermək vermək
- Qanunvericilikdə baş verən dəyişikliklərlə bağlı daxili normativ sənədlərin dəyişdirilməsini və ya qüvvəsini itirməsi barədə təkliflər hazırlamaq
- Azərbaycan və beynəlxalq qanunvericiliyə əsasən hüquqi məsələlərdə şirkətin Rəhbərliyinə və digər əməkdaşlara məsləhətlərin verilməsi.
- Qanuni qüvvəsini almış məhkəmə aktlarının (qətnamə, əmr və s.) uçotunu aparmaq
- Şirkət daxili hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını həyata keçirmək

Namizəd barədə  tələblər

- Ali təhsil (Hüquq sahəsində)
- Cinsi - Kişi
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Yaş həddi 25-40

Bilik və təcrübə

- Dil bilikləri: Azərbaycan dili, ingilis dili, rus dili əla səviyyədə
- İş təcrübəsi: 3-5 il  (Ticarət və biznes hüququ sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Ms. Office proqramlarını  yüksək səviyyədə bilməli
- Hüquqi sənədlərin hazırlanması və müqavilələrin bağlanmasını bilməli
- İş ilə bağlı ezamiyyətlərə getməkdə çətinliyi olmamalı

Bacarıq

- Effektiv şifahi məlumat vermə və dinləmə
- Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik
- Təzyiq altında işləmək
- Güclü danışıqlar aparmaq və güclü yazışma
- Müştərilərlə iş üzrə xidmət üsullarını tətbiq etmək
- Vaxtı idarə etmək

İş şərtləri

- İş qrafiki - 6 günlük
- Əmək haqqı - 1000 - 1500 AZN
- Nahar və nəqliyyat xidməti şirkət tərəfindən qarşılanır
- Mobil nömrə şirkət tərəfindən qarşılanır

CV-ni bu ünvana göndərə bilərsiniz: (Mövzu yerində “Hüquqşünas” qeyd edin)  [email protected], [email protected]   
Əlaqə nömrəsi: +99412 499 79 97   mobile: +99450 274 81 00