Baş kredit mütəxəssisi (Biznes kreditləri)

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 11.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş kredit mütəxəssisi (Biznes kreditləri)
Bakı, Abşeron, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Ağcabədi, Şirvan, Kürdəmir, Şəki, Şəmkir, Gəncə, Şamaxı, Ağsu, Lənkəran, Masallı
 
Əsas vəzifələri:

∙ Potensial müştərilərin banka cəlb edilməsi;
∙ Birbaşa marketinq funksiyasını həyata keçirməklə Bankın xidmət və kredit məhsullarının təbliğ edilməsi;
∙ Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
∙ Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin biznes təhlilinin aparılması;
∙ Kredit sənədlərinin kredit komitəsinə təqdim edilməsi və komitənin qərarına əsasən kreditin rəsmiləşdirilməsi;
Kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət edilməsi
∙ Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərinin həyata keçirilməsi
∙ Kredit ödənişlərini gecikdirən müştərilərlə aktiv işləməsi
∙ Satış prosesinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi.
∙ 
Namizədə olan tələblər:

∙ Ali təhsil  (İqtisadi, maliyyə  və riyazi təhsili olanlara üstünlük verilir);
∙ Dil bilikləri: Azərbaycan dili (rus dili bilənlərə üstünlük verilir)
∙ Biznes kreditləri (mikro) sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
∙ Yüksək satış qabiliyyətinə malik olmaq;
∙ Yüksək analitik qabiliyyətə malik olmaq;
∙ MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığı;
∙ Yüksək etika, ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
∙ Məsuliyyət, düzgünlük  və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;

Qeyd: Kişi namizədlərə üstünlük veilir
 
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi